iski memurlar net / Search | De Jure

Iski Memurlar Net

iski memurlar net

Sigortadan pulu nece teleb ede bilerem (Hansi huquqi esasla) QABAQCADAN TESHEKKUR EDIREM

Salam.

Məsələ ilə bağlı İcbari sığortalar haqqında Qanuna müraciət etməyiniz məqsədə uyğundur, həmçinin mübahisə zamanı Sığorta şirkəti ilə bağlanılmış müqavilənin müddəalarını rəhbər tutmalısınız.

Sualınıza görə təşəkkür edirik.

  Vasili () Salam. Ilk once serf edeceyiniz vaxt ucun size evvelceden minnetdaram. Sual: Ana iddia erizesi ile mehkemeye muraciet edib,hazirliq iclasinda ushaqin atasi ile qalmasina dair shifahi suretde raziliq verib, lakin iclasdan sonra atanin numayendesi ona sazish baqlamaqi deyib, amma mueyyen sebeblerden ana fikrinden yayinib ve deyib ki daha istemirem ushaq atasi ile qalsin. indi ana isteyir ki nikah pozulsun amma ushaqin (az yashli) kimde qalmasi ayrica iddia kimi yeniden mehkemeye muraciet etsin bu mumkundurmu? eger ana musteqil iddia vermek istese nikah haqqinda mehkeme dayandirilacaqmi? ve ana yeniden musteqil iddia vermek uchun MPM ve Aile mec-nin hansi maddelerini rehber tutsun oz erizesinde. cox xahish edirem cavab yazardiniz,cunki men huquqshunas kimi yeni fealiyyete bashlayiram ve mehz sizin kimi peshekarlarin komeyine ehtiyacim funduszeue.infoeden xususi teshekkurler

Salam.

İşlərinizdə uğurlar.

Ailə Məcəlləsinin ci maddəsinə əsasən:

Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

Bu Məcəllənin ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

Bütün bu işlər bir-biri ilə əlaqəlidir ona görə də bir iddia ərizəsində birləşdirilə bilər və ya iddia artıq verilibsə iddia ərizəsinə əlavə edilə bilər. Həmçinin  Mülki Prosessual Məcəlləsinin ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.

Sualınıza görə təşəkkür edirik.

  Rauf () CM ve maddeler(bir yol negliyyat hadisesi uzre) uzre ish achilanda hakim daha agir maddeni teyin edir yoxsa maddeler toplana biler?

Salam.

Cinayət Məcəlləsinin cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam! Xahiş edirəm münasibət bildirəsiniz. Həkimlərə vergilər orqanında qeydiyyatdan keçərək əlavə peşəkar fəaliyyətlə məşğul olmaq üçün aldıqları VÖEN kifayət edir, yoxsa Səhiyyə Nazirliyindən xüsusi icazə də almalıdırlar. Qanunla belə fəaliyyət necə tənzimlənir? Təşəkkür edirəm.

Salam.

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Prezidentin Fərmanına əsasən tibbi fəaliyyət ilə məşğul olmaq üçün lisenziya tələb olunur. Həmin lisenziya  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilir (dövlət rüsumu manat). Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergilər orqanlarında qeydiyyatdan keçməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

  Elvin () Evvela salam! Sualim beledi,men ozum ucun ev almisham, amma evi oz adima yox xalam ogunun adina kecirtmek isteyirem. Natarusda defelerle oldum amma natarus meni cox incidir ve alqi satqi muqavilesini testiqlemir. deyir evi alan sensen xalan oglunun adina kecirde bilmezsen,sizden cox xahish edirem mene bu barade meslehet veresiz. meslehetinize cox ehtiyacim var. Evvelceden teshekkur edirem!

Salam.

Hüquqda kiminsə adına almaq anlayışı yoxdur (baxmayaraq ki, danışıqda bu cür ifadələr istifadə edilir). Əgər daşınmaz əmlakının mülkiyyətçisi olmaq istəyirsinizsə alqı-satqı müqaviləsində siz iştirak etməlisiniz. Əks təqdirdə mülkiyyətçi sizin qohumunuz olacaq və sizin mülkiyyət hüququnuz qorunmayacaq və həmin əmlaka heç bir hüququnuz olmayacaq.

Sualınıza görə təşəkkür edirik.

 

  Agayev () Salam, Xahiş edirəm bildirərdiz bu işçini hər hansı bir ixtisas artırma kursuna idarə tərəfindən göndərilirsə və həmin kursu kecən müəssisə nu elm təlim tədris müəssəsi deyəkdə oda elə Bakı şəhərində yerləşdiyinə görə buna ezamiyyət yazılmır ancaq işdə olmadıqına görədə tabelə qol cəkmir, bunun bəs kursda olan müddəti maaşı necə hesablanır, münasibətinizi mümkünsə əmək məcəlləsinə və ya hansısa başqa bir qanunvericiliyə isdinadan bildirəsiniz. əvvəlcədən minətdaram.

Salam.

Baxmayaraq ki, Əmək Məcəlləsində birbaşa bu cür təlim və kurslar nəzərdə tutulmayıb. Amma əgər bu təşəbbüs işəgötürən tərəfindən irəli gəlirsə deməli bu cür təlimlər işəgötürənin marağındadır (peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;  Məcəllənin 9-cu maddəsinin \"ı\" bəndi və 12 maddənin \"f\" bəndi). Buna görə də  işçi (və ya qrup) müvafiq təlimdə peşə hazırlığını keçərkən onlar üçün bütün iş günü hesablanmalıdır (və ya təlim müddəti saat) və bu müvafiq əmrlə rəsmiləşdirilməlidir.

Ümumilikdə isə bu cür məsələlər müəssisənin daxili təlimatları ilə tənzimlənməlidir (Peşə hazırlığın artırılması haqqında Təlimat və s.).

Sualınıza görə təşəkkür edirik.

  Elchin () Salam. Əcnəbi vətəndaş hansı əsaslarla Azərbaycan Respublikasında daimi yaşaya, əmək fəaliyyətlə məşqul ola bilər. Əvvəlcədən təşəkkürlər.

Salam.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşama

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 22 (iyirmi iki) iş günü qalmış Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilə bilər:

-     Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

-     Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;

-     ölkə iqtisadiyyatına (beş yüz min) manat məbləğində investisiya qoyduqda;

-     Azərbaycan Respublikasının banklarına (əlli min) manat məbləğində pul vəsaiti  qoyduqda;

-     Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə aldıqda;

-     Azərbaycan  Respublikasının  təhsil müəssisələrində əyani təhsil aldıqda;

-     iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman, elm və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.

Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq  istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi icazənin verilməsi  ilə bağlı yuxarıda qeyd  olunan müddətdə işəgötürən vasitəsilə Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət edə bilərlər.

Əməkçi miqrantın Azərbaycan Respublikasında müvəqqəti yaşamasına hüquq verən müvafiq vəsiqə fərdi icazənin qüvvədə olduğu müddətə verilir.

Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında yaşamalarını, yaşayış yeri üzrə qeydiyyatlarını rəsmiləşdirmiş olurlar.

Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yerini dəyişərək yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onun verilməsinə əsas olan qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olduğu müddətdə qüvvədədir.

Azı 2 (iki) il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliklə müəyyən edilmiş  qaydada Azərbaycan Respublikasında daimi yaşama hüququ (immiqrant statusu) verilə bilər.

Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti  tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan  Respublikasına qayıda bilərlər.

Sualınıza görə təşəkkür edirik.

  Elçin () Zəhmət olmasa Əcnəbi vətəndaşlar haqqında əlvə və dəyişikliklər olunmuş qanunları yerləşdirəsiz. Əvvəlcədən dərin təşəkkürlər

Salam.

Bütün zəruri qanunlarla http:]]]funduszeue.info səhifəsində tanış ola bilərsiniz.

  Vuqar () Salam hörmətli funduszeue.info etmək istəyirəm ki,mən ci ildən Xətai rayonunda yaşayıramci ildə yaşadığım əraziyə bitişik boş torpaq sahəsini Nazim adında şəxs özbaşına zəbt edib yerində 2 mərtəbəli qanunsuz tikili inşa etdirdi. Mənim hasarımın hündürlüyü 3 metr olduğundan onun pəncərəsi həyətimə düşmürdü.Bir müddət bundan əvvəl biz evdə olmayan zaman adıçəkilən Nazim özbaşına mənim hasarımı yarıya qədər uçfunduszeue.info evə gələndə gördük ki,hasar uçurulub və onun pəncərəsi görünüfunduszeue.infoə yazmağımda məqsəd odur ki,bu cür özbaşınalıq halının aradan qaldırılması üçün məhkəmədə hansı qaydada iddia qaldırmalıyam və hansı sənədləri təqdim etməliyəm.Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bu cür məsləhətlər ödənişli şəkildə firmamızın hüquqşünasları tərəfindən göstərilir.

Təşəkkür edirik.

  Natiq () funduszeue.info istintaqda şahid qismində ifadə vermişəm amma ifadəm dəyişdirilib,imzamın ekspertizasını tələb etsəm də müstəntiq məhəl qoymur. Bundan ötürü hansı instansiyaya müraciət etməliyəm? Təşəkkürlər.

Salam.

Bununla bağlı məhkəmə prosesində hakimə məlumat verməlisiniz, yaxud yazılı şəkildə baş prokurorluğa məlumat verə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Elchin () salam. sualım beledir men hərhansı bir avtosalondan avtomobil almazdan əvvəl avtomobili test yürüşü etmək istəyirəm və bu zaman hansı öhdəlikləri daşıyıram test yürüşü edərkən? qəza yaranarsa məsuliyyət kimin üzərinə düşür? hansısa müqaviləyə qol çəkməliyəm ya yox? cavaba görə əvvlcədən təşəkürlər

Salam

Bəli. Bu halda ayrıca müqavilənin bağlanmasına ehtiyac var. Və avtomobil ayrıca olaraq sığortalana bilər. 

Müqavilədə tərəflərin məsuliyyəti mütləq göstərilməlidir.

Sualınıza görə təşəkkür edirik.

  Qalib () Salam. Azərbaycan Respublikasinin vetendashi oz ölkesinden qeydiyyatdan cixmadan her hansi bir olkenin vetendashi ola biler?

Salam.

Qanunvericilik bunu qadağan etmir, əgər digər ölkənin qanunvericiliyi buna imkan verirsə.

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam DEJURE, İşçinin vəzifəsi dəyişərkən əmək müqaviləsində nə kimi dəyişikliklər edilir? Əgər elə deyilsə əmək müqaviləsi yenidən tərtib olunmalıdır? Ümumi nə edilməlidir mümkünsə etraflı izah edərdiz . Təşəkkürlər.

Salam.

Bəli yeni əmək müqaviləsinin bağlanması daha məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Terane () Salam! rəhbər işçini cinayət məcəlləsinin maddəsi ilə ittiham edib həbs ediblər. İstintaq davam edərkən müəssisə həmin rəhbər işçini (hansı məcəllənin hansı maddəsi ilə bilmirəm) müvəqqəti vəzifəsindən kənar edib məhkəmənin qərarı çıxanadək müvəqqəti başqa birisini təyin edə bilərmi Nəzərə alsaq ki həmin idarənin rəhbər işçiyə ehtiyacı var Xahiş edirəm ki sualımı ətraflı cavablandırasınız Əvvəlcədən minnətdarlığımı bildirirəm

Salam.

Müəssisənin ali rəhbərliyinin (təsisçilərin) qərarı ilə yeni rəhbər və ya onu əvəz edən şəxsi təyin edə bilər.

Sualınıza görə təşəkkür edirik.

  Elibaba () Salam! Sud pulu almaq ucun hansi senedler teleb olunur?

Salam.

Qanunvericilikdə \"süd pulu\" anlayışı istifadə edilmir və bununla bağlı münasibətlər (qızı ərə verərkən hər-hansı bir pul məbləğin verilməsi və s.) tənzimlənmir.

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam DE JURE, mənə vəsatətin nümunəsi ıazımdır, mümkünsə köməklik göstərərdiz

Salam.

Vəsatətlərin nümunələrini bu səhifədə əldə edə bilərsiniz - http:]]]funduszeue.info

  Adil () \"İsti su təchizatı\" və isitmə xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının müvafiq qərarına əsasən, isti su tarifləri: əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik, Sual: Bu menziller ücün necə hesablanır, isitmə xidməti başa düşülür onlar mənzilin hər kub metr üçün hesablanır, bəs \"mənzilə isti su təchizatı\" hansı yolla hesablanır? oda mı kubla, yoxsa adam sayı ilə, və yaxud başqa yolla?

Salam.

Məsələ ilə bağlı  “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı ilə tanış olmağınız məqsədə uyğundur.

Əlavə olaraq bildirək ki, sayğac quraşdırılmamış mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kub metr həcmində müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

  Emin () salam. İşçinin atası vəfat ederse bu zaman hüzr məclisində iştirak etmək üçün işçiyə işə götürən tərəfindən əmək haqqısı ödənilməklə neçə gün icazə verilir? Belə bir hal baş verib lakin,İdarə rəhbərliyi işçidən hüzürdə iştirakı ilə əlaqədar işdə olmadığı müddətə məzuniyyət yazmağı haqqında ərizə tələb edir. Yəni məzuniyyət kimi qeyd olunmadan həmin dövr üzürlü hal olaraq nəzərə alına bilərmi? Xahiş edirəm qanunvericiliyə istinadən mənə cavab verin

Salam.

Bu məsələ ilə əlavə məzuniyyətin verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Lakın bir çox müəssisələr öz kollektiv müqavilələrində, və ya daxili təlimatlarda toy və ya yas günləri ilə əlaqədar əlavə məzuniyyət günləri (ödənişli) işçilərə verir. Lakın bu məsələnin tənzimlənməsi birbaşa işəgötürənin səlahiyyətindədir.

Sualınıza görə təşəkkür edirik.

  Elibaba () Salam! ci suala bir az aydinliq getirmek isteyirem. Sud pulu dedikde, usaq dogularken anaya ayrilmis dovlet terefinden sosial yardim nezerde tutulur. Sag olun!

Salam.

Bu müavinət növü \"süd pulu\" adlandırılmır. Uşağın anadan olmasına görə müavinət adlandırılır. Belə ki, Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmana əsasən həmin müavinətin məbləği - 75 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

  Turab () Salam Aleykum. Bildiyimiz kimi qacqin shexs her hansi bir dovlet universitetine daxil olduqda illik odenis dovlet terefinden odenilir. Telebe ere gedenden sonra, eger ere getdiyi insan qacqin deyilse, hemin illik odenis yene dovlet terefnden odenilir, ya yox? Sag olun!

Salam.

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

Sualınıza görə təşəkkür edirik.

  Rahila () Her vaxtınız xeyir, Sizden bir şey maraqlanmaq istərdim, Bilmirəm kömək eləyə biləcəksiniz ya yox. Deməli bizim şirkət fiziki şəxlə nəqliyyət haqqında, yani sürücüllük faliyəti ilə bağlı müqavilə bağlamaq istəyir Bizə lazım olan sənədlər hansılar olacaq? Mən bilən bu halda, licenziya lazımdı? Hansı sənədlər daha lazım olur? Sabah Allah eləməsin nəsə olsa, məsulliyəti kim daşıyır,sürücü və ya işə götürən şirkət? Birdə əgər şirkət licenziya almaq istəsə bunun üçün nə eləmək lazımdı? Sualıma cavab versəz çox məmnun olaram.

Salam.

Əgər taksi xidmətləri göstərilirsə onda bəli lisenziya tələb olunur (Nəqliyyat Nazirliyi tərəfindən verilir) və bu təqdirdə həmin şəxslə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır (bu halda sürücü vergi ödəyicisi olmalıdır). Lakın əgər siz həmin şəxsi işçi kimi işə götürürsünüzsə onda ehtiyac yoxdur (sadəcə əmək müqaviləsi bağlanılır). 

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam hörmətli Dejure! Xahiş edirəm aşağıdakı sualımı cavablandırasınız. Hüquqi şəxsin ilkin qeydiyyatı mülki məcəllə və dövlət rüsumu haqqında qanunundan başqa hansı digər hüquq normativ aktların, qayda və ya təlimatların əsasında aparılır. Öncədən Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Aşağıdakı qanunları əlavə olaraq nəzərdən keçirməlisiniz. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanun, əgər QHT onda Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanun.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Enerji Idaresi terefinden mene cerime yazilmisdir. Mende oz novbamda asassiz cerimenin leğv olunmasi ilə əlqədar məhkəməyə müraciət etmişəfunduszeue.info Enerji İdarəsinin əməkdaşı məndən həmin cərimənin ödənilməsini tələb edir. Məhkəmə hələ işə baxmayıb ayın də baxmasını nəzərdə tutur.Mənə məsləhət verin

Salam.

Məhkəmənin qərarını hər iki tərəf gözləməlidir.

Sualınıza görə təşəkkür edirik.

  Ilkin () Salam. Menim adima menzil krediti var. Eslinde hemin kredit menim kecmis funduszeue.info onun oglu rehber oldugu bankda idi. Kreditin vaxtindan 3 il kecib, kreditin mueyyen hissesi(10%) odenib. Meni buna gore ne gozleyir ve men bu kreditin menim olmadigini nece subut ede bilerem(kreditin ayliq odenisi manat menim maasim ise hemin vaxt manat olub). Cox sagolun.

Salam.

Əgər kredit vaxtında ödənilməsə siz bütün əmlakınızla cavab verəcəksiniz. Kredit götürərkən diqqətli və ehtiyatlı olun. Krediti vaxtında öz direktorunuzun adına rəsmiləşdirilməsini tələb edin. Əks təqdirdə sənədlər əsasında borcu siz ödəməli olacaqsınız.

Sualınıza görə təşəkkür edirik.

  Samire () salam. evin sexsi mulki yoldasimin funduszeue.infoyatda olan oglum,gelinim ve 2 uwaglarini nece qeydiyyatdan cixarda wkbilerem? yoldawim onlarin raziligi olmadan evi kime istese ona da vere bilermi?evvelceden twk.

Salam.

Əgər həmin əmlak nigah dövründə əldə edilibsə o, sizin birgə mülkiyyətinizdir (razılığınız olmasa, heç kimə satıla bilməz). Qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

  Camil () Bibim cu ul təvəlüdlüdür. ci ildə vəfat edib. Ailə qurmayıb. Atam vəfat edənə (ci il) kimi bibim bizimlə (atam, anam və mən) bir yerdə yaşayıb. Atam öləndən sonra da bibim bizimlə (mən və anamla ) yaşamaqda davam edib. Bibimin valideynləri vəfat edib. Babam ci ildə həbs edilib, məhkəmənin hökum ilə güllələnib. Amma bunu təsdiq edən sənəd mövcud deyil və ci ildən onun nənəm yaxud uşaqları ilə əlaqəsi barədə heç bir sənəd yoxdur. Bunu dolayısı yolla 7 dekabr ci ildə açılmış ev dəftəri də sübut edir. Belə ki, bu gunku günə kimi aparılan həmin dəftərdə ev dəftərinin aparılmasına məsul kimi atam, bibim, nənəm qeyd olunub Bibim sağlığında Əmanət Bnkında öz adına açdırdığı əmanət vesabına varis kimi məni təyin edib və bu haqqda bankdakı şəxsi hesabında bu haqda muvafiq qeydləri edib. Mən bibimin bank əmanətinə birdəfəlik ödəmənin alınması üçün varislik şəhadətnaməsi almaq uçun kimə (haraya ) və hansı sənədləri təqdim etməliyəm?Öncədən təşəkkürlər!

Salam.

Bunun üçün agent bank kimi Kapital bank müəyyən edilib. Bütün sənədlərlə ora müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam Hörmətli DeJure. Xahiş edirəm aşağıdakı sualımı cavablandırasınız. Bildiyim qədər təcrübədə daşınmaz əmlaka hüquqları qeydiyyata almaq üçün müvafiq sənədlərlə birlikdə ərizə DƏDRX-in müvafiq idarəsinin müvafiq şöbəsinə şəxsən təqdim edilir. Sənədlərlə birlikdə ərizə idarənin ümumi şğbəsinə poçtla göndərildikdə hüquqların qeydiyyatı həyata keçirilirmi? Bu halda qeydiyyatla bağlı ərizədə şəxsin imzasının notarial təsdiqi mütləqdirmi? Öncədən həmişəki kimi Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Poçtla da sənədləri göndərə bilərsiniz.

Əgər mübahisə yaranarsa, mübahisəni məhkəmə yolu ilə həll edə bilərsinioz.

Sualınıza görə təşəkkür edirik.

  Natiq () Salamlar. Bir sualım var,əvvəlcədən təşəkkür edirəm cavab üçün apreldə haqqımda təhqiqat başlayıb, ci maddədən və 01 mayda istintaqa verilib amma sübut azdır deyib istintaq başlama qərarı vermirləfunduszeue.info buna baxmayaraq artıq 50 ci gündür ki çağırırlar idarəyə.Müstəntiqin bu hərəkəti qanunimidir? Bu qədər uzatmağa ixtiyarı varmı ilkin araşdırmanı? Təşəkkürlər.

Salam.

Əgər işdə sübutlar kifayət deyil. Və müstəntiq süründürməçilik hallarına yol verir, bununla bağlı Baş Prokurorluğa və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Camil () cu sualla elaqedar. Kapital Banka vərəsəlik shehadetnamesi lazimdir. Notarius ev kitabinda ci ilden aparilan qeydleri, hemchinin emanetcinin emanet uzre shexsi hesabinin suretini teleb ederek (orada əmanətin mənə vəsiyyət olunması barədə qeyd var) mene vərəsələik şəhadətnaməsi verə bilərmi?

Salam.

Əgər vəsiyyətnamə notarius tərəfindən tanınmırsa mübahisəni məhkəmə qaydasında həll edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Vüqar Əskərov () salam! xahiş edirəm sualımı cavablandırasınız!Mən fiziki şəxs kimi danışmaz əmlak üzərində hüqüqlarımın qeydiyyata alınması üçün DƏDRX nin müvafiq şöbəsinə etdiyim müraciətdən qanunsuz imtina cavabı almışam. İndiki halda Reyestr xidmətinin qərarından hansı məhkəməyə şikayət verməyimi və iddia ərizəsinin hansı məzmunda olmasını bilmək istəyirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm!

Salam.

Bunun üçün müvafiq İnzibati-iqtisad məhkəməsinə müraciət etməlisiniz (DƏDRX-ın hansı rayon ərazisində yerləşməsindən asılı olaraq 1-ci və ya 2-ci İnzibati-iqtisad məhkəməsinə). İddianın məzmunu sizin tələbinizdən və DƏDRX-ın cavabından asılıdır.

Sualınıza görə təşəkkür edirik.

  Elchin () Salam. Sualım beledir. Bizim heyet evi babamın adındadı. Babam rehmete gedib. Atam evi söküb yenidən tikib. Nenem yaşayır. Evin senedleri itib. İdarədə lazimi senedler yoxdu. Atam evi nece öz adına keçirə bilər? bunun üçün Babamın bütün evladlarının razılıqı olmalıdır ya yox? Cavabınıza görə təşəkkürlər.

Salam.

Bunun üçün 6 ay ərzində notariusa yaxınlaşmaq lazımdır və vərəsəlik hüquqları tanınmalıdır. Digər övladlar da vərəsəlik hüquqlarına malikdirlər və təbiii ki, hüquqlar rəsmiləşdirilərkən onların razılığı olmalıdır (əgər bir şəxsin xeyrinə əmlak verilirsə).

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam! Vətəndaşa fərdi mənzil tikintisi üçün 5 sot torpaq sahəsi ayrılaraq mülkiyyətinə verilmişdir. Həmin vətəndaş, qonşuluqda qanuni əsaslarla kommersiya fəaliyyəti göstərən sahibkara, şəxsi mülkiyyəti olan torpaq sahəsindən 1 sot satmışdır. İndi DƏDRX-i bildirir ki, rüşvət verməsəniz torpağın təyinatının dəyişdiyini bəhanə edərək, biz həmin sahəni qeydiyyata almayacağıq. Halbuki, Qanunda (TM) iaşə və kommersiya obyektlərinin yaşayış fonduna aid olan torpaq sahələrində inşa edilməsi nəzərdə tutulur. DƏDRX-nin mövqeyi qanunidirmi? Təşəkkür edirəm.

Salam.

Əgər DƏDRX yalnız rüşvətlə əsaslandırırsa əlbəttə ki, qanuni deyil. Bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Salam. Mənzil Tikinti Koperativi tarafindan inşa olunan yüksək mərtəbəli yaşayış binasında 63 kv metr oaln 1 otaqlı, tam özəllləşdirilmiş mənzilim var. Qeyd etdiyim mənzilin yəni MTK-ların balansında olan özəlləşdirilmiş mənzillərin komunal haqqı hər kv.m üçün hansı tariflə hesablanır?

Salam.

Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Qərara diqqət yetirməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Elchin () Salam? Cavablara görə təşəkkür edirəm. Xarici bir şirkətin Azərbaycanda nümayəndəsi olduğum üçün onun əmtəə nişanından istifadə edirəm. Bəs qanuni nümayəndəsi olmayan şəxslər bu əmtəə nişanından istifadə edə bilərlərmi. (məsələn müəyyən bir avtomobilin logosu).

Salam.

Əgər hüququ təsdiq edən lisenziya müqaviləsi və distribyutor müqaviləsi yoxdursa bu cür hərəkətlər qeyri-qanuni hesab edilir.

Sualınıza görə təşəkkür edirik.

  Anar () Salam. Hamımızın qeydiyyatda olduğumuz evdən başqa anamın adında başqa ev də var. Həmin evdə heç kim qeydiyyatda deyil. indi anam evi satmaq istədikdə övladların razılıq ərizəsi tələb olunur notariat kontorunda. Axı bu evin biz övladlara nə dəxli var? bu miras ev deyil ki. Hər kəsin öz evi var, ümumi qeydiyyatda olduğumuz ata evi də ayrıdır. bu ev isə sonradan alınıb. Xahiş edirəm bu barədə məlumat verərdiniz.

Salam.

Şəxs o vaxtı əmlakı sərbəst sata bilər ki, həmin əmlak vərəsəlik hüququ ilə məhdudlaşmış olmasln. Bu hal sui-istifadələrə yol verilməməsi üçün nəzərdə tutuıub. Qeyd etdiyiniz əmlak gələcəkdə vərəsələr arasında bölünən əmlaka çevrilə bilər., ona görə əvvəlcədən bu əmlakın müqəddəratı barədə məlumatları olmalıdır. Ona görə də razılıq tələb olunur.

Sualınıza görə təşəkkür edirik.

  Agayev () Salam. Hüquqi şəxs adi bir vergi ödəyicisi olmayan fiziki şəxsi hansısa işin görülməsi üçün deyəkki təmir bərpa işlərində fəhlə kimi işlədmək üçün götürür. Mən bilən bu muzdlu işci kimi gedir, bəs bunu rəsimləşdirmək üçün necə müqavilə bağlanılmalıdı? podrat müqaviləsi buna biraz uyğundur lakin orda dövlət sosial suğorta tutulmalıdı bəs axı bu fiziki şəxsin heç sosial şəhadətnaməsi yoxdur axı, birdə ola bilər bu məsələ heç podrat müqaviləsi ilə rəsimləşmir, xahiş edirəm bildirərdiz bunu necə rəsimləşdirmək olar. birdə hər hansı müqaviləni məsləhət görməklə müvafiq qanuna isdinat etməyinizi xahiş edirəm. əvvəlcədən təşəkkürmü bildirirəm .

Salam.

Bu münasibətlərə görə həm podrat müqaviləsi, həm xidməti (şəxsin VÖENi olmalıdır) müqavilə uyğun ola bilər. Fərdi sahibkar olan şəxslər 17 manat DSMF vəsait köçürməlidirlər. İstinad Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Sosial sığorta haqqında qanun.

Sualınıza görə təşəkkür edirik.

  Adil () Salam! mənim oğlum bu il Sankt-Peterburq (Özəl yox məhz) \"dövlət\" universitetinə qiyabi şöbəsinə qəbul olunub! Bilmək istərdim \"Hərbi cağırışdan\" təhsil almaq üçün azad olunurlarmı?Əvvəlcədən təşəkkür edirəm!

Salam.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. çağırışçılara möhlət yalnız bir dəfə verilir:

Sualınıza görə təşəkkür edirik.

  Vugar () salam! Hüquq pozuntusu anlayışı nədir?

Salam.

Hüquq pozuntusu — hüquq normalarının tələblərinə zidd olan və hüquq fəaliyyət qabiliyyəti (delikt fəaliyyət qabiliyyəti) tərəfindən törədilmiş təqsirli hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik). Hüquqi məsuliyyətlə nəticələnir.

Sualınıza görə təşəkkür edirik.

  Elnur () SALAM. EVIN TEXNIKI PASPORTUNA ESASEN CI ILDE BABAM TEREFINDEN INSHA EDILMISHDIR. HEMIN EVI HEYETYANI TORPAQ SAHESI ILE BIRGE HUQUQI QEYDIYYATA ALMAQ UCHUN RAYON ICRA HAKIMIYYETINE HUQUQUI SERENCAM UCHUN MURACIET ETMISHEM. ORDAN ISE BILDIRIRLER KI, TORPAQIN AYRILMA SENEDI OLMADIGINDAN VE MERHUMUN ADINA SENED VERMEK MUMKUN OLMADIGINDAN SERENCAM VERE BILMERIK. SUAL: MEN(DAHA DOGRUSU ATAM, MERHUMUN BIRINCI DERECELI VERESESI) HANSI QANUNLARA ESASLANARAQ FERDI YASHAYISH EVIMIZI VE TORPAQ SAHESINI OZELLESHDIRE BILEREM? TESHEKKURLER.

Salam.

Əgər müəyyən dövlət qurumları mülkiyyət hüququnuzu tanımaqdan imtina edirlərsə onda siz məhkəməyə müraciət edib öz mülkiyyət hüququnuzu tanıtdıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Gunel () Salam. nigah dövründə mənə alınan torpağı başqa bir şəxsə hədiyə etmişəm. lakin hədiyə etdiyim şəxs hələdə həmin torpaöı rəsmiləşdirməyib öz adına. indi mənim həyat yoldaşım o hədiyəni geri qaytara bilərmi? hədiyəni 2 il bundan öncə hər ikimizdən razılıq alındıqdan sonra verilib. Cavabınızı gözləyirəm. Cox sağolun

Salam.

Əgər hidəyyə bağışlama müqaviləsi ilə rəsmiləşdirilibsə və artıq 1 ildən çox müddət keçibsə onda hədiyyə edilən əmlak hədiyyə qəbul edəndə qalmalıdır. Hər bir halda mübahisə yaranan zaman məhkəməyə müraciət etməyiniz məqsədə uyğundur, çünki nigah dövründə əldə olunan əmlak birgə əmlak hesab edilir.

Sualınıza görə təşəkkür edirik.

  Hafiz () Salam size bir sualim var 2-ci qrup Qarabaq elli muellim isleye bilermi elilin elliyiyi ayaqinda olan travmadandir

Salam.

Bəli işləyə bilər amma bunun üçün əlavə olaraq tibbi komissiyanın rəyi tələb oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! Sualım belə olacaqdır. Nikah bağlanarkən qız Bakı şəhərində, oğlan isə rayonda pasport qeydiyyatında olmuşlar. Nikah Bakı şəhərində bağlanmışdır. Qız iddiaçı tərəf kimi nikahın pozulması üçün Bakıdakı məhkəmə instansiyalarına müraciət edə bilərmi. Məlumat üçün bildirirəm ki, nikahda olduqları müddətdə (2,5 il) hər bir tərəf öz daimi yaşayış yerlərindəki qeydiyyatı saxlamışlar. Təşəkkür edirəm.

Salam.

Mülki Prosessual Məcəlləsinin (MPM) ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Lakın istisnalar da var əgər aliment alınırsa və yaxud yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə qalırsa aşağıdakı müddəalar tətbiq edilir:

MPM-nin və maddəsləri:

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam, hörmətli DE JURE! Vergi orqanları tərəfindən operativ vergi yoxlaması keçirilərkən ən azı neçə müfəttiş olmalıdır? Sizdən xahiş edirəm ki, əgər mümkünsə, operativ vergi yoxlamaları üçün metodik təlimat və yaxud göstərişlə məni tanış edəsiniz. Çox sağ olun.

Salam.

Qanunvericilik bu məsələdə vergi orqanlarına sərbəstlik verir.

Belə ki, Siz Vergi Məcəlləsinin ci maddəsi ilə taniş olmalısınız.

Operativ vergi nəzarəti 

Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:

bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 

aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;

əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;

valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi; 

(çıxarılıb) 

xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi;

bu Məcəllənin cü maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə aparılması.

Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır:

vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;

vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;

vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;

vergi orqanlarının bu Məcəllənin ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda.

 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.

Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması bu Məcəllənin cu və cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

vergi ödəyicisinin adı;

VÖEN-i;

çekin vurulmasının tarixi və saatı;

obyektin adı və yerləşdiyi ünvan;

malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;

gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

nəzarət-kassa aparatının markası və zavod nömrəs

  Rehman () Salam! ci sualın cavabına görə təşəkkür edirəm. Lakin, diqqət yetirdikdə mənim sualım Vergi Məcəlləsində göstərilən müddəalar deyil, operativ vergi yoxlamaları üçün Nazirlik tərəfindən tərtib edilmiş təlimat və yaxud göstərişlə bağlı olmuşdur. Yəqin Sizin də təcrübənizdə tez-tez rast gəlinən haldır ki, müvafiq icra hakimiyyəti orqanları öz fəaliyyətlərində bilavasitə qanunları deyil, öz Nazirliklərinin və ya Komitələrinin tərtib etdiyi təlimatı daha üstün tuturlar. Mən bilmək istəyirdim ki, vergi müfəttişi operativ vergi yoxlaması keçirərkən, alınmış mala görə çek vurulmadıqda, bunu qanuni əsaslarla sübut etmək üçün hansı qaydalara əsasən hərəkət etməlidir? Təşəkkür edirəm.

Salam.

Bəli belə bir akt mövcuddur. Onun adı Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Metodiki Göstəriş. Həmin sənədi vergilər orqanlarında əldə edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Salam. 15 avqust ci il tarixinden 24 avqust daxil olmaqla asas mezuniyyetde funduszeue.info edim ki ise cixma tarixim 27 avqustdur yani heftenin 1-ci funduszeue.info ayinda 2 gun Ramazan bayrami olmağını nəzərə alsaq bu zaman menim mezuniyyet gunm 29 avqustadak uzadilirimi? İşlədiyim muassanin kadr şöbasi hemin uzadilmiş iki gunu şənbə və bazar gunlari( avqust)ila uzatdirmisdir. Bu na daracada doqrudur?

Salam.

Əmək Məcəlləsinin cı maddəsinə əsasən əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam! Vergi müfəttişi kommersiya mağazasında yoxlama apararkən prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Onun hərəkətlərindən Məhkəməyə və eyni zamanda təmsil olunduğu idarəyə şikayət verilmişdir. Vergilər İdarəsi Məhkəməyə iddia verildiyini əsas tutaraq, daxil olmuş şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul etmələrinə baxmayaraq, vergi müfəttişinin qanunvericliyin tələblərini pozmaqla tərtib etdiyi akt əsasında icraatı davam etdirmiş və sahibkara qarşı maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyası haqqında qərardan Nazirliyin Apellyasiya Şurasına şikayət verdikdə, eyni əsaslarla, yəni, Məhkəməyə iddia verildiyini əsas tutaraq, daxil olmuş şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bu necə olur ki, şikayətə baxılmasına xitam verilir, lakin digər tərəfdən sahibkara qarşı maliyyə sanksiyası tətbiq edilməsi barədə icraat davam etdirilir? Təşəkkürlər.

Salam.

Bununla bağlı pozuntuya yol vermiş məmurların məsuliyyətə cəlb olunması məqsədilə Vergilər Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur. 

Sualınıza görə təşəkkür edirik.

  Xətai () Salam! Bələdiyyəyə məxsus torpaq sahəsinə yonca əkilmişdir. Bilərəkdən bələdiyyə sədri sənədlərin torpaq sahibinə verməsini gecikdirmiş və yonca bicilən zaman əkin sahəsini başqa birinin adına sənədləşirməsi aşkar olduqda tərəflər arasında mübahisə yaranmışdır. Rayon İcra Hakimiyyəti bildirir ki, biz kənd bələdiyyə sədrinin işinə qarışa bilmərik. Hətta polis işçiləri də bələdiyyə sədri Qasımov Nofəl və onun əlaltısı məhkumluq həyatı yaşamış Səadət adlı qadının əlində \"kuklaya\" çevrilmişlər. Əkin sahəsinin sənədləşməsi üçün neyləyim? 8 aydır idarələrdə sürünürəm. Neyləyim?İmza:Xətai

Salam.

Məsələ ilə bağlı prokurorluğa və məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Pasha () funduszeue.info qeydiyyatda olduğumuz və hal-hazırda yaşadığımız mənzil qardaşımın adınadır. Qardaşım bir neçə il öncə rəhmətə gedib. Amma hələ onu qeydiyyatdan çıxarmamışıq və mənzili də öz adımıza çevirməmişik Kommunal xərcləri də həmişə ödəmişik (qardaşımın adına da). Bu belə davam etsə bizə bir problem gətirməz ki? Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Salam.

Problem yarana bilər. Bunun üçün 6 ay ərzində notariusa yaxımlaşıb öz vərəsəlik hüququnu tanıtdırasınız və daha sonra Daşınmaz Əmlak Reyestr Xidmətinə müraciət edib öz mülkiyyət hüququnuzu təsdiqlədəsiniz (əgər başqa vərəsələr varsa onların razılığı tələb olunur).

Sualınıza görə təşəkkür edirik.

  İldirim () Salam! 0,20 ha. torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunmuş 10 nəfərdən 5-i mənim ailə üzvlərimdir. Mənə və ailə üzvlərimə düşən payın ayrılıb mənə verilməsi üçün məhkəməyə ay yarım əvvəl müraciət etsəm də iş yubadılır. Çünki şəh-də adları olmayan digər qohumlarım həmin torpağı zorla ələ keçirmək və ev tikmək istəyirlər. Artıq həmin sahədə ilkin işlər də görülüb. Bu barədə xidməti vasitəsilə polisə məlumat vermişəm. Bu torpağı bizdən ala bilərlərmi? Biz həmin torpağın mülkiyyətçisimi sayılırıq?Bu işlərin sonu necə ola bilər. Təşəkkür edirəm!

Salam.

Əgər sizin mülkiyyət hüququnuz DƏDRX-ın müvafiq Çıxarışı ilə təsdiqlənibsə sizin mülkiyyət hüququnuz var və təsdiqlənib. Mülkiyyətçilər arasında torpaqların bölünməsi isə məhkəmə tərəfindən həll olunmalıdır, əgər mübahisə varsa. Zorla başqasının əmlakını keçirməyə görə məsuliyyət nəzərdə tutulub.

Sualınıza görə təşəkkür edirik.

  ldirim () Valideynlərimdən yalnız anam sağdıfunduszeue.infoğın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ona da payçı kimi onun da, mənim və ailə üzvlərimin də adları vardır. Varislikdən məhrum edilərəmcə,təkcə anama düşən paydan, yoxsa mənim və ailə üzvlərimin də paylı torpağından məhrum edilməliyəm? İndi isə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi barədə məhkəmədə yeni iddia qaldırılıb.Mənim şəhadətnamə üzrə anama aid olan 0, hektardan umacağım funduszeue.info böyük qardaşımln təzyiqi altında guya anama əl qaldırdığım barədə (maddə ) məhkəmə funduszeue.info maddə ləyaqətsiz vərəsə olmaq barədə qətnamə çıxarılmasına əsas ola bilərmi?

Salam.

Bəli əsas ola bilər. Ona görə də mübahisə məhkəmə qaydasında həll edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

  ldirim () 14 iyunda mənə və ailə üzvləimə məxsus olan paylı mülkiyyətimizin ayrılıb verilməsi barədə Masallı məhkəməsinə müraciət etmiş, 28 iyunda şəxs.vəsiqələri surətlərinin notarusda təsdiq olunmadığı üçün onları alıb təsdiq etdirmişəm. Məhkəmə indiyə kimi bu işi yubadır. İndi isə eyni gündə eyni saatda həm bu işə, həm də qarşı tərəfin 5 gün əvvəl mənim ləyaqətsiz vərəsə olmağım barədə iddia ərizəsinə baxacağı barədə iki çağırış vərəqi göndərib.Çağırış vərəqələrinin biri həyat yoldaşımın adınadır. Halbuki ərizə mənim adımdan yazılıb. yazılmışdıfunduszeue.infon bu işlərlə bağlı maraqlı olması bəllidir. Ona etiraz edə bilərəmmi?2.Ərizə daxil olduqdan sonra hakim hansı müddətdə işəbaxmalıdır?Təşəkkür edirəm!

Salam.

İddia ilə yaxşı tanış olun. Cavabdehin düzgün qeyd olub olmamısını qeyd edin və etirazınızı bildirin.

Sualınıza görə təşəkkür edirik.

  İldirim () Salam! Oğlum idarə etdiyi maşınla qəza törəfunduszeue.info ziyan ödənilib. Ölən,yaralanan, xəsarət alan,şikayət edən funduszeue.info bu işlə Polis İdarəsinin İstintaq şöbəsi məşğul oldu. Onlar iddia edirdilər ki guya telefon məlumatı əsasında qəza zamanı xəsarət alan funduszeue.info bu məlumat polisin kitabında da yoxdur. Bu işlə doğrudanmı istintaq şöbəsi məşğul olmalıdır?

Salam.

Məlumatı dəqiqləşdirin. Səlahiyyətli şəxsdə əsas olub-olmamısını müəyyən edin.

Və birbaşa DİN-ə müraciət edin.

  Pasha () Salam! ci sualın cavabına görə minnətdaram. İndi isə zəhmət olmasa izah edin. Notariusda öz vərəsəlik hüququmuzu necə tanıtdırmalıyıq? Mənzildə rəhmətlik qardaşımdan başqa ancaq mənim yoldaşım və iki övladım qeydiyyatdadır. Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Salam.

Qeydiyyatda olub-olmamasından asılı olmayaraq ölən şəxsin yaxın qohumları (valideynləri, övladları, həyat yoldaşı) vərəsəsələr hesab edilirlər. Notariusa müraciət edərkən ölüm haqqında şəhadətnamə qohumluğu təsdiq edən sübutlar təqdim edməlisiniz. Əlavə məlumatı notariusun özündən də əldə edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Asim () Salam haminiza islerinizde ugurlar arzu funduszeue.info sualim beledir bir Azerbaycan vetendasi olaraq Gurcustanda yasayan ve ora vetendasi olan qohumlarimin adina avtomobil alib mueyyen muddete Azerbaycanda sure bileremmi?Ve hansi muddete azerbaycan erazisinde qala bilerem hansi senedler esasinda avtomobili alib azerbaycana getirdikde haralara ne qeder dovlet rusumu odemeliyem?Zehmet olmasa etrafli melumat yazin qabaqcadan cox sagolun.

Salam.

Bu məsələ ilə bağlı məsləhətlər ödənişlidir. Çünki ətraflı məlumatın təqdim edilməsi çox vaxt tələb edir və müxtəlif gömrük rejimləri ilə bağlı ola bilər.

Sualınıza görə təşəkkür edirik.

 

  Alibaba () Salam! Vereselik ucun hansi senedler teleb olunur?

Salam.

Bunun üçün xüsusi blok yaratmışıq. Tanış ola bilərsiniz -  Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Sualınıza görə təşəkkür edirik

  Gulya () salam, huquqi sexslerin nizamname kapitalinin nominal deyeri dedikde ne nezerde tutulur?

Salam.

Təsisçilər hüquqi şəxs yaradarkən nizamnyəri arta da bilər bilər əgər hüquqi şəxsin amə kapitalı formalaşdırırlar. Və onların həmin kapitala uyğun olaraq payları olur. Vaxt keçdikcə bu kapitalın dəyəri arta da bilər əgər hüquqi şəxsin gəlirləri artırsa. buna görə də hüquqi şəxsin dəyəri də artır. Lakın nominal nizamnamə kapitalı az da ola bilər misal üçün 20, 30 manat. Lakın şirkətin öz dəyəri daha baha ola bilər.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, mulki mecelelenin ci maddesinde\".. mayalarin meblegi deyismeden butun istirakcilarin mayalarinin nominal deyeri proporsional suretde artir\" ifadesi var bu ne demekdir?yeni mebleg armadan bu nece bas vere biler?

Salam.

Sual -

Qeyd olunan sual ci sualında qismən cavablandırılmışdır.

Mülki Məcəllə ci maddə:

\"Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır\".

Bu məsələni konkret misalda göstərsək bəlkə daha aydın ola bilər. 

İki təsisçi hüquqi şəxs yaradırlar. Nizamnamə kapitalı manat təşkil edir və paydan ibarətdir. Hər birinin payı 50 paydan ibarətdir, yəni 50 faiz. Yəni nizamnamə kapitalın nominal dəyəri 50 manat təşkil edir. 

Bu o deməkdir ki, əgər nizamnamə kapitalı artırılsa, onda onun nominal dəyəri də artır. Belə ki, təsisçilər qərara aldılar ki, nizamnamə kapitalı artırılsın və manat olsun. Onların payları bərabər olaraq artırılır və manat (pay) olaraq, 50% saxlanılır.

Yerel Yönetimlerde Modernizasyon: Mobil Teknolojilerin Katılıma Etkisi

Bilindiği gibi yerel yönetimler, merkezi yönetimin hiyerarşik yapısı dışında oluşturulan, hemşehrilerin mahalli müşterek ihtiyaçlarını yerel düzeyde tespit etmek ve karşılamak için geliştirilen kamu tüzel kişileridir. “Demokrasinin beşiği” olarak da ifade edilen bu kuruluşlar, yerel halkın kararlara katılımı, ortak bilincin oluşması, bürokrasinin ortadan kaldırılması ve demokrasi bilincinin yaygınlaştırılması gibi amaçları bünyesinde barındırmaktadır. Bu anlamda halkın kendi tercihlerini belirlemesi, yaşadığı yere ilişkin konularda söz sahibi olması büyük önem taşımaktadır. Zira yerel halkın, yerel yönetimlerin işleyişinden haberdar olmaması; hesap verme, açıklık, şeffaflık, demokrasi gibi algıların ortadan kalkması-işlememesi sonucunu verecektir ki “demokrasi okulu” söylemine tamamen ters bir durum ortaya çıkacaktır. Bu anlamda yerel halkın yönetime katılmasını sağlamak için çeşitli yollardan faydalanılmaktadır. Bilgi ve iletişim teknolojilerinin büyük bir hızla geliştiği günümüzde kurumlar; bilgi paylaşımında hız ve etkinlik, çift yönlü etkileşim gibi yeni yapılara yönelmişlerdir. Yöneten ve yönetilen ilişkisini de derinden etkileyen iletişim temelli bu hızlı değişim kamu yönetiminde de kendini hissettirmiştir. Elektronik ve mobil uygulamalar olarak öne çıkan söz konusu anlayışlar, özellikle yerel yönetimlerde yeni açılımları beraberinde getirmiştir. Kamusal bilgi ve hizmetlerin mobil teknolojiler vasıtasıyla sunulması olarak ifade edilen mobil devlet uygulaması, yerel yönetimlerde bilgi paylaşımının yanı sıra katılımın da önünü açmaktadır. Bu çalışmada, mobil teknolojiler vasıtasıyla yerel yönetimlerin katılıma dönük uygulamaları ve bunun hizmet kalitesi ile verimliliğe etkisi ortaya konulmaktadır

Search

  Narmina () salam. dovlet muessisesinde shobelerden birinde mueyyen ishciler ixtisara salinir.(secimi rehberlik edir) 1 ay bundan evvel agir emeliyyat kecirmish ve ish staji 24 il olan ishcinin emek mecellesine gore hansi huquqlari var? ve bashqa ish teklif olunarsa(uzaq yerde ve agir ish sheraetli) sehhetime ve stajima gore secim etmeye huququm varmi? emek mecellesinde bu movzuya aid hansi maddeleri rehber tutmaq olar? xahish edirem suala etrafli cavab veresiniz.

Salam.

Bunun üçün Əmək Məcəlləsinin ci maddəsinə çüraciət etməlisiniz.

Belə ki, İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

Həmçinin həmin Məcəllənin cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Sualınıza görə təşəkkür edirik.

  Təranə () salam deyə bilərsinizmi, möhürlər və ştampların sifarişi, hazırlanması və ləğv edilməsi qaydası varmı

Salam.

Bu fəaliyyət sahəsi lisenziyalaşdırılır. Həmin lisenziya Daxili İşlər Nazirliyi tərəfindən verilir. Möhürlərin sifarişi, itirilməsi ilə bağlı məsələlər Daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimatön cu maddəsində əks olunub.

Möhürlərin və ştampların hazırlanmasına lisenziyası olan hüquqi və fiziki şəxslərə sifarişin verilməsi üçün aşağıdakılar təqdim edilir:

Ərizə (ərizədə möhür və ştampın sifariş olunmasının səbəbi (ilk dəfə hazırlanması, itməsi, yararsız hala düşməsi, hüquqi şəxsin adının dəyişməsi) qeyd edilir);

Sifarişin verilməsi və alınması üçün cavabdeh olan şəxs haqqında məlumat (soyadı, adı, atasının adı) göstərilir;

Sifariş olunacaq möhür və ştampın sifariş edən şəxs tərəfindən təsdiq olunmuş eskizi;

Eskiz hüquqi və fiziki şəxsin adına tam uyğun olmaqla, dövlət dilində və ya lazım gəldikdə digər dillərdə, qrafik üsulla (kompyuterdə) hazırlanmalıdır.

Möhür və ştamp sifariş etmək istəyən hüquqi şəxs onun yaradılması və ya adının dəyişdirilməsi haqqında müvafiq sənədləri (fərman, sərəncam, qərar, əmr və s.) təqdim etməlidir.

Hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada yalnız bir ədəd dövlət gerbli və ya sadə möhürə malik ola bilərlər. Bəzi hallarda dövlət orqanının və ya hüquqi şəxsin rəhbərinin icazəsi ilə «2» rəqəmi yazılmış əlavə gerbli möhürün hazırlanmasına icazə verilə bilər.

Lazım olmayan möhür və ştamplar (yenisi ilə əvəz olunması, hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxsin vəfat etməsi və s.) məhv edilməsi üçün onun hazırlandığı yerə təhvil verilir.

Təhvil verilməni təsdiq edən qəbzin arxasına məhv olunan möhür və ştampın izi vurulur. Təhvil verən və təhvil alanların iştirakı ilə möhür (ştamp) xırda hissələrə doğranılır və ya yandırılır. Onların məhv edilməsi barədə akt tərtib edilir. Lisenziyanın sahibi təhvil verən şəxsə möhür və ştampın qəbul olunması və məhv edilməsi haqqında qəbz (Təlimata 18 nömrəli əlavə) verir.

Möhür və ştamp itirildikdə, oğurlandıqda kütləvi informasiya vasitəsi ilə onların etibarsız sayılması barədə elan verilir. Yeni möhür və ştampın sifarişi zamanı həmin elanın verildiyini təsdiq edən sənəd təqdim olunur.

Bu halda yenidən sifariş olunan möhür və ştampda «D» (dublikat) hərfi həkk olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

  Hafiz () Salam sualim beledir bilmek isterdim qacqin ve mecburi kockunler gelir vergisinden azadirmi? xahis edirem bu barede etrafli mene mualumat veresiz tesekur edirem

Salam.

Xeyr gəlir vergisindən azad deyillər. Lakın Vergi Məcəlləsinin cü maddəsində nəzərdə tutulmuş güzəştlər tətbiq edilir ( hər hansı muzdlu işdən vergi tutulmalı olan 55 manat məbləğində azaldılır).

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam hörmətli, hüquqşünaslar! Yeni ilinizi təbrik edirəm. Sualım belə olacaq. Bankdan əmlakımı girov qoymaqla kredit götürdüyüm üçün, əmlakım yeni sığorta şirkəti tərəfindən sığortalanmışdır. Bu mənim keçən il müqavilə bağladığım sığorta şirkətinin xoşuna gəlməyib və bu müqavilənin guya icbari sığortaya aid olmadığını əsas gətirərək, onlarla da müqavilə bağlanmayacağı təqdirdə, məni cərimə sanksiyaları ilə hədələyirlər. Əgər mənim bir sığorta şirkəti ilə artıq müqaviləm varsa, kommersiya fəaliyyəti göstərdiyim şəxsi əmlakımı yenidən icbari sığorta etdirməliyəmmi? Təşəkkür edirəm.

Salam.

İcbari sığortalar haqqında Qanunun xüsusi hissəsində icbari söğortanın növləri sadalanıb. Müqavilənin müddəti ədatən 1 il olur, əgər müqavilənin müddəti bitibsə və siz müqaviləni digər sığortaçı ilə bağlamağa haqlısınız.

Sualınıza görə təşəkkür edirik.

  Qasanov () Salam aleykum. Xais edirem deyin gorum yasli elil bir shexsi 6 ildir oz himayesinde saxlayan ve saxlamaqa davam eden shexse devlet muavinet ayirirmi ve ne qeder? Bir de ki, elil shexs nevaxtsa onlardan ayrilsa, himayeciye evveler verilmis muavinetlerin elilin gelecekde devletden alacaqi yardimlara maneesi olacaqmi? ve hemen maddeni bura yerlesdirin zehmet olmasa

Salam.

Suallar - , , ,

Çox qarışıq sualdır. Əlavə məsləhət almaq istəyirsinizsə firmanın yerləşdiyi ünvana yaxınlaşıb ödənişli şəkildə ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Vusal () Salam. Məni bir sual maqraqladır. Böyük bir ticarət Mərkzəini ddivarlarına bele bir lövhə asilib siqaret çəkən 50 mant cərimə olanacaq. Sual Həmin hüquqı səxs mənı onun ərazısındə siqaret çəkdiyimə görə cərimə edə bilər? Amma Bu barədə İXM hec bir maddə nəzərdə tutulmayib.

Salam.

Xeyr. Hüquqi şəxsə belə səlahiyyət verilməyib. Cərimə etmək səlahiyyəti yalnız müvafiq dövlət qurumlarına verilir. Həmçinin bununla bağlı qeyd etdiyiniz kimi inzibati məsuliyyət nəzərdə tutulmayıb. Amma buna baxmayaraq bu cür hərəkətlər hüquqi şəxsin nüfuzuna təsir edir, insanların səhhətinə zərər vurur və s., ona görə də hüquqi şəxs aidiyyəti hüquqmühafizə orqanlarına müraciət etməkdə haqlıdır.

Sualınıza görə təşəkkür edirik.

  Qasanov () Salam. Qardas,ora gelmeyim mumkun funduszeue.info olmasa deyin gorum elil bir shexsi oz himayesinde saxlayan adama devlet ne qeder pul verir? o madde hansi maddedi?bura yerlesdirin ozum funduszeue.infon

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman ilə tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

  Narmina () salam. meslehetlerinize gore minnetdaram. menim tutugum vezife shtati ixtisara salinib(devlet idaresi) ve 2 ay verilmish muddet basha catdigdan sonra ishsiz olacaqam ve meshqulluq idaresine muraciet edecem. qanuna esasen adi cekilen idareden ne komeklik olunacaq ve huquqlarimi bilmek isterdim. haradan bu barede etrafli oxuyub melumat ala bilerem.

Salam.

Qanunvericiliyə uyğun olaraq Məşğulluq idarəsi aşağıdakı tədbirlər görməlidir:

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz.

Sualınıza görə təşəkkür edirik.

Əlavə məlumat almaq üçün http:]]]funduszeue.info saytına daxil olun.

  Gulya () salam hal-hazırda işsizliyə görə müavinətin minimum məbləği nə qədərdir?

Salam.

İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq  və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən işsizlik müavinətinin minimum məbləği 55 (əlli beş) manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

  Adil () Men kecen ili, 26 dekabr ilde avtomobil almisham ve sabahisi gunu onu qeydiyyata salib ve orada da onu mene 10 manat alib 1 illik \"siqorta vereqesi\" ve mashinin qabaq shushesine de ferqlenme nishani vurdular! Sualim beledir? Menim yeni aldiqim 26 dekabr ilin \"siqorta vereqsi\" yeni ilden oz quvvesini itirirmi? Yoxsa, yeni quvveye minmish qanunla yeniden birde siqortalanmalidir?Cavabiniza gore evvelceden teshekkurumu bildirirem!

Salam.

İcbari sığortalar haqqında qanunun ci maddəsinə əsasən icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Bir il keçdikdən sonra yeni müqaviləni bağlamalısınız.

Sualınıza görə təşəkkür edirik.

  Adil () Salam deyure! Birde, deye bilersinizmi 1illik icbari siqorta edilmeyen avtoneqliyyatin - cerimesi neqederdir?

Salam.

İnzibati Xətalar Məcəlləsinin ci maddəsi (Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması) 25 dekabr ci il tarixli IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə çıxarılmışdır. Hal-hazırda buna görə məsuliyyət nəzərdə tutulmayıb.

Lakın həmin Məcəllənin ci maddəsinə əsasən icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

İcbari Sığortalar haqqında Qanunun ci maddəsinə əsasən:

Maddə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

motosiklеtlər və motorollerlər;

traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

trollеybuslar və tramvaylar.

Sualınıza görə təşəkkür edirik.

  Rufus () Salam. Menim maşınımın yan şüşəsinə satmaq haqqında a4 vərəq yapışdırmışam. Lakin uchastkovıy mene deyir onu çıxart yoxsa gələn defe seni cerimələyəcəm.Bəyəm mən öz avtomobilimi belə üsulla sata bilmərəm? IXM-nin hansı maddəsinə əsasən cərimə tətbiq edilir? Əgər bu qanunsuz satışdırsa, hansısa normativ hüquqi akta qeyd olunub?

Salam.

Hesab edirik ki, sahə inspektoru bu məsələdə yalnış mövqe tutmuşdur.

Yəqin, sahə inspektoru İXM-nin ci maddəsini (Reklam haqqında qanunvericiliyin pozulması) əsas tutmuşdur. Belə ki, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 

- fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Lakın Reklam haqqında qanunun 2-ci maddəsinə əsasən  bu Qanun Azərbaycan Respublikası ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi şəxslərə (onların filial və nümayəndəliklərinə) və fiziki şəxslərə şamil edilir. Bu Qanun siyasi reklama, habelə hüquqi və fiziki şəxslərinkommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir.

Reklam yayimina icazə (raziliq) verilməsi  Qaydalarının ci maddəsinə əsasən siyasi reklam, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, o cümlədən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.

Sualınıza görə təşəkkür edirik.

  Rufus () ci sualin cavabina gore funduszeue.info sahe polisinin sozlerinden ele chixdiki o meni IXM-nin ci maddesi ile cerimelemek isteyirdi. Chunki deyirdi ki men protokolu yaziram, sen ise gedib yerli icra hakimiyetinde odeyeceksen.

Salam.

Sual -

Həmin qərarı məhkəmə qaydasında mübahisələndirmək olar.

Hesab edirik ki, səlahiyyətli şəxsin qərarı əsassızdır (əgər kommersiya fəaliyyətiniz avtonəqliyyat vasitələrini satmaqdan ibarət deyilsə).

  Kamran () Salam! Dövlət reyestr xidmətində şəxsi əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatından çıxarış və texniki pasport almaq üçün dövlət rüsumu ödənilir. Sənədlər hazır olduqdan sonra əlavə xidmət haqqı da tələb olunur. Belə çıxır ki, aylarla etdikləri süründürməçiliyə görə hələ bir onlara \"xidmət\" haqqı da ödəmək lazımdır. Özü də xidmət haqqı dövlət rüsumundan da çoxdur. Əgər müraciət edən kommersiya obyektidirsə onda xidmət haqqını artırırlar. Bu məsələ hansı hüquq norması ilə tənzimlənir? Dövlət orqanları vergilər ödəyən kommersiya qürumlarına niyə düşmən münasibət bəsləyirlər. Axı hər şeydən ötrü məhkəməyə müraciət etmək də etik normalarla düz gəlmir. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Salam.

Dövlət orqanları yalnız qanunvericilikdə göstərilən dövlət rüsumlarının ödənilməsini tələb edə bilərlər.

Həmin rüsumların məbləği Dövlət rüsumu haqqında Qanunda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri barədə Tarif (qiymət) Şurasının Qərarında,  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (qiymət) Şurasının Qərarında göstərilib.

Sualınıza görə təşəkkür edirik.

  Nesimi () Salam. MMC-nin təsisçisi bir adamdır. Yəni ki, nizamnamə kapitalının %-i həmin şəxsə məxsusdur. O şəxs eyni zamanda MMC-nin direktorudur. Həmin adam vəfat edibsə MMC-nin təsisçiliyini və rəhbərliyini onun arvadı necə rəsmiləşdirə bilər? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Bu məsələ məhkəmə qaydasında da həll oluna bilər. Həm birgə nikah müddəti ərzində əldə edilən əmlak kimi həm vərəsə kimi bu hüquqi şəxsin əmlakına və payına mülkiyyətçi kimi iddia edə bilər.

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam, xahiş edirəm sualımı cavablandırasınız. Mənim rəfiqəmin əri rəhmətə gedib. Notariat kontorunda vərəsəlik işi açılıb. Miras əmlak mərhumun maaş kartında olan pul vəsaitidir. Bu vəsait haqda notariat orqanına təqdim edilmək üçün heç bir rəsmi sənəd yoxdur. Notariat orqanı banka müraciət göndərib və bank bu vəsaitlə əlaqədar heç bir məlumat verə bilməyəcəyini, və bununla bağlı məhkəməyə müraciət etməyimizi tövsiyə edib. Bank bu məsələ ilə bağlı düzgün qərar veribmi və hansı qanunvericilik aktına əsaslanıb? Məhkəməyə müraciət etmədən məsələni həll etmək olarmı? Bu məsələyə şərh verməyinizi sizdən xahiş edirik. Öncədən minnətdarlığımızı bildiririk.

Salam.

Məhkəməyə müraciət etməkdə heç bir problem görmürük. Əgər bank məsələni mübahisələndirirsə bu elə məhkəmə qaydasında həll olunacaq və vərəsəlik hüququ məhkəmə qaydasında tanınacaq.

Sualınıza görə təşəkkür edirik.

  Elya () Salam! Mənim rəfiqəm 2 ildən çoxdur boşanib,amma soy adini hətta şəxsi vəsiqədə \"evli\"\"subay\"ada dəyişə bilmil,butun sənədləri yigib metrikani,yaşay iş yerindən arayiş,boşanma sənədini və şəx.vəsiqəni də,amma yenə də pasport stolda işləyənlər incidir,deyirlə r dəyişmək funduszeue.infoən komək istəyirəm!

Salam.

Dəyişdirmək olar və hətta lazımdır. Əgər məsul şəxslər qanun pozuntusuna yol verirlərsə yuxarı instansiyalara şikayət edə bilərsiniz.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

Sualınıza görə təşəkkür edirik.

  Sahrab () Salam hörmətli Dejure. Mən sizə ci sualla müraciət etmişdim. Xahiş edirəm bir də köməklik göstərəsiniz. Bir necə ildir ki,ASC-nin İdarə heyyətinin sədri(səhmlərin 28%-ə malikdir) MM-nin və Nizamnamənin bütün müvafiq maddələrini pozur və növbəti və ya növbədənkənar Ümumi yığıncaq çağırmaqdan imtina edir(şifahi və ya yazılı tələblərə məhəl qoyulmur). Qanunla Ümumi yığıncağın çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir, burada da icra orqanı İdarə heyyətinin sədridir. Biz 52%-dən çox səhmləri olan sahmdarlar onu nəinki növbədənkənar hətta illik-hesabat Ümumi yığıncağının çağırılmasına məcbur edə bilmirik. Sizcə bunun həlli yolu yalnız məhkəmə qaydasında ola bilər və ya digər yolu da mövcuddur??? Təşəkkürlər.

Salam.

Bu məsələ Nizamnamə ilə tənzimlənmirsə (MM-nin cü maddəsi - Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir) onda məhkəmə qaydasında həll olunmalıdır. Əgər Nizamnamədə yoxdursa, onda müvafiq dəyişiklikləri qəbul edə bilərsiniz ( Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir) amma bunun üçün 67% toplamalısınız. MM-in ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

Əgər səhmdarlar arasında razılıq əldə olunmasa məsələ məhkəmə qaydasında həll olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

  Fataliyev () Salam, hörmətli DE JURE kollektivi!! Bilmək istəyirəm ki, II qrup əlilliyi olan insan pedaqoji fəliyyətlə məşğul ola bilərmi? Zəhmət olmasa müvafiq qanunvericiliyə istinad etməklə cavablandırardınız. Çünki ƏƏSM-nin Tibbi sosial ekspert komissiyası həmin şəxsin əmək fəaliyyətinə yararlığı barədə rəy verirmi?

Salam.

Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin ci maddəsinə əsasən  TSEK (Tibbi-sosial ekspert komissiya) həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir, işçinin istehsalat xəsarəti və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmə faizini, habelə əlavə və sosial yardıma ehtiyacı olub-olmamasını müəyyənləşdirir.

Sualınıza görə təşəkkür edirik.

  Nesimi () Salam. Faizlə pul vermək cinayətdirmi?

Salam.

Əgər şəxslərə  faizlə pul vəsaiti verirsinizsə, deməli gəlir əldə etmək istəyirsiniz. Gəlir əldə etdikdə müvafiq qaydada vergi ödəməlisiniz. Həmçinin bu fəaliyyət növü lisenziyalaşdırılır. Əgər bu fəaliyyət növü ilə məşğul olmaq istəyirsinizsə müvafiq qaydada vergi orqanlarında qeydiyyatda keçməlisiniz və lisenziya almalısınız.

Sualınıza görə təşəkkür edirik.

  Kerim () Salam, coxusaqli ananin muavinet almasi ucun hara muraciet edilmelidir?

Salam.

Çox uşaqlı analar sadəcə sosial müavinətlərin alınmasında müəyyən güzəştlər əldə edirlər (Sosial müavinətlər haqqında Qanun).

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam Hörmətli DEJURE! Xahiş edirəm aşağıdakı sualımı cavablandırasınız. BDU Beynəlxalq hüquq fakültəsini bitirmişəm. Ədliyyə orqanlarında qulluq keçmək üçün imtahan verə bilərəmmi? Bildiyimə görə məhkəmə orqanlarında qulluq keçmək üçün imtahan verə bilərəm. Bu məsələyə şərh verməyinizi və hər iki orqanda bu məsələləri tənzimləyən qanunları tapmağa mənə kömək etməıyinizi sizdən xahiş edirəm.Öncədən sizə minnətdarlığımı bildirirəm.

Salam.

Əsas normativ akt bu sahədə Dövlət qulluğu haqqında Qanundur. Onu əsas tutun. Keçirilmə şərtləri və namizədlərə tələblər http:]]]funduszeue.info saytında göstərilir.

Sualınıza görə təşəkkür edirik.

  Fataliyev () Salam Hörmətli DE JURE kollektivi. Mən sizə cu sualla müraciət etmişdim. Zəhmət olmasa bu sualımı cavabı konkretləşdirərdiniz. Bilmək istəyirəm ki, II qrup əlilliyi olan insan pedaqoji fəliyyətlə məşğul ola bilərmi? Bu əlillik onun bu fəaliyyətlə məşğul olmasına mane ola bilərmi?

Salam.

Bu artıq əlilliyin növündən asılıdır, əgər müəyyən qüsurlar (eşitmə, görmə, nitq və s.) pedaqoji fəaliyyət ilə məşğul olmağa mane olmayacaqsa, əlbəttə ki, olar.

Sualınıza görə təşəkkür edirik.

  Sahrab () Salam hörmətli Dejure. Əgər işçi ilə Əmək Müqaviləsi bağlanan zaman onun iş yeri (müəssisənin filialı olan yer) Respublicamızın bölgələrinin biri təyin edilmişdirsə və o oz şəxsi avtomobili ilə gedib-gələcəyini bildirmişdirsə (bu barədə müqavilədə heç nə göstərilməyib, sadəcə bölgədəki iş yeri göstərilib)işdən çıxan zaman işçi ezamiyyə haqqlarını tələb edə bilərmi? (Bir neçə ildir ki işçi orada işləyir)Təşəkkürlər. 

Salam.

Əmək Müqaviləsi bağlanarkən işçinin əsas iş yerinin  və ya müəssisənin əsas yerləşdiyi ünvan göstərilir. Bu işlər üzrə podrat və ya xidmət müqaviləsi bağlanılması məqsədəuyğundur. Əgər işçi daim olaraq müxtəlif bölgələrə ezam olundursa onda ezamiyyə fakrtları mövcüddur, yox əgər daim bir ünvanda fəaliyyət göstərirdirsə (bir məntəqə ərazisində), ezamiyyə faktı təsdiq olunmur. Digər halda ezamiyyə xərcləri ödəməyə işçi tələb edə bilər. 

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! İnzibati-İqtisadi Məhkəmələrə iddia ərizəsi daxil olarkən, ərizəyə baxılması üçün qanunla hansı müddət nəzərdə tutulub? Təşəkkür edirəm.

Salam.

İnzibati Prosessual Məcəlləsinin cü maddəsinə əsasən:

Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

Bu Məcəllənin ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.

Bu Məcəllənin cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır.

Əgər hüquqi şəxslərin arasında mübahisədirsə onda MPM-in ci maddəsinə əsasən 3 ay.

Sualınıza görə təşəkkür edirik.

  Soltan () salam deure az men Soltan size sualim dasinmaz emlakla baglidir. biz ci ilde dasinmaz emlakin dovlet reystir xidmetinden cixaris almisiq. cixarisda yazilir. verilir ebrayilova Sahzade Sedi qizina ondan oturu ki Zerdab seheri,Azerbaycan kucesinde istifadesinde olan ha torpaq sahesinde yerlesen 2 girisli funduszeue.info kv.m esas saheden ibaret 1 mertebeli Qeyri yasayis binasi(magaza)tam mulkiyyet huquqi uzre Cebrayilova Sahzade Sedi qizinin adina dasinmaz emlakin dovlet reytrinde 1 nomreli reystirkitabinin 2 nomreli vereqinde qeydiyata alinmisdir. Odur ki sizden xahis edirem mene deyin hemin magazanin torpaq sahesi de sexsi mulkiyyet, yeni menim sexsi torpagim sayilirmi. evvelceden size tesekur edirem

Salam.

Qeyri yasayis  binasi (mağaza) Cebrayilova Sahzade Sedi qizina məxsusdur. 

Sualınıza görə təşəkkür edirik.

  Qasanov () salam Bir shexs kendde atasi evinde qeydiyatdaDI,AMMA OZU VE HEYAT YOLDASI,BIR DE 2 YASLI USAQI GENCEDE KIREDE QALIR. HEC BIRI ISLEMIR VE ATASINNAN DA HEC BIR KOMEK GORMUR. ONU DA DEYIM KI ATASININ MADDI VEZIYYETI NORMALDI. XAIS EDIREM DEYIN GORUM BU GENC AILEYE SOSIAL YARDIM DUSURMU?

Salam.

Bununla bağlı Sosial müdafiə Fondunun ərazi idarəsinə müraciət etməlisiniz və ünvanlı sosial yardımla bağlı müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

  Elshad () Salam, Sizdən xahiş edirəm funduszeue.infoƏmək Məcəlləsinin maddəsinin izahını verəfunduszeue.info təcrübədə necə tədbiq edilir.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Salam.

Adi qaydada. Həmin məzuniyyətlərdə əmrlə rəsmiləşdirilir. 

Sualınıza görə təşəkkür edirik.

  Natiq () Salamlar. Zehmet olsa CM maddesi uzre Agir Cinayetler mehkemesinde istirak etmis tecrubeli vekil meslehet goresiniz. Tesekkurler.

Salam.

Bununla bağlı De Jure hüquq firmasına təşrif buyurmağı məsləhət görürük.

Bizimlə çalığan vəkilləri məsləhət görə bilərik.

  Sahrab () Salam hörmətli Dejure. Əgər işçinin şəxsiyyət vəsiqəsi yaş ilə əlaqədar dəyişmişsə müəssisədə onunla yeni Əmək Müqaviləsi bağlanılmalıdırmı? Təşəkkürlər. 

Salam.

Müqaviləyə dəyişikliklər edilməsi (Əlavə Razılaşma yolu ilə) kifayətdir.

Sualınıza görə təşəkkür edirik.

  Kerim () Salam, biz iki il qabaqdan coxusaqli ana kimi muavinet almaliydiq, lakin bunu bilmemisik,biz indi senedleri duzeltsek, evvelki iki ilin de muavinetini ala bilerikmi?

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman ilə tanış olmağınız məqsədə uyğundur. Məsləhət görürük ki, müavinətin dəqiq adını dəqiqləşdirəsiniz. Digər məsələlərdə mübahisə yarandıqda məhkəmə qaydasında həll oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

  Kerim () Salam,qadinlar nece yasindan sonra ahilliga gore muavinet ala bilerler?

Salam.

Ola bilsin qanunvericiliyin aşağıdakı müddəasını nəzərdə tuturdunuz, Sosial müavinətlər haqqında Qanunun ci maddəsinə əsasən 62 yaşına çatmış qadınlar, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar əmək qabiliyyəti olmayan şəxslər hesab olunur və müvafiq qaydada müavinət təyin edilə bilər. 

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam çox hörmətli Dejure! Bir sualımı cavablandırmağınızı sidən xahiş edirəm. Hal hazırda inzibati cəza nəzərdə tutulmayan əmələ görə ci il İXM-də cərimə nəzərdə tutulurdu. Müfəttiş bu əmələ görə keçmiş məcəllənin maddəsinə uyğun olaraq protokol tərtib edə bilərmi? Məlumat kimi bildirim ki, söhbət nəqliyyat vasitəsi üçün verilmiş etibarnamənin dövlət qeydiyyatından gedir. Öncədən minnətdarlığımı bildirirəm.

Salam.

15 noyabr ci il tarixli IVQD nömrəli Azərbaycan Respublikasının Qanun ilə İXM-in  ci maddəsindən “, etibarnamə” sözü çıxarılmışdır. Və etibarnamənin dövlət qeydiyyatından keçirməməyə görə hal-hazırda məsuliyyət nəzərdə tutulmayıb. Bununla bağlı səlahiyyətli dövlət məmuru tərəfindən qəbul edilmiş qərar (və ya protokol) etibarsızdır. Məsələ ilə əlaqədar məhkəməyə və ya yuxarı instinsiyala müraciət etməkdə haqlısınız.

Sualınıza görə təşəkkür edirik.

  Roma () Salam men bilmek isteyirem inzibati cerime lie maliyye sanksiyasinin ferqi nedir? Tessekur nedirem

Salam.

Vergi Məcəlləsinin ci maddəsinə əsasəm vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır.

İnzibati cərimələr İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edilir.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam, hörmətli hüquqşünaslar! Bir suala hüquqi cəhətdən əsaslandırılmış cavab tapmaqda mənə köməklik göstərməyinizi xahiş edirəm. MPM-nin ci maddəsinə əsasən kassasiya instansiyasında tərəflər yalnız vəkillə iştirak etməlidirlər. İPM-də belə bir hal nəzərdə tutulmamışdır. Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası şikayəti icraata götürməməkdən ötrü MPM-yə istinad edə bilərmi? Axı, belə olarsa, bu hal AR Konstitusiyasının ci maddəsinin IX hissəsi ilə ziddiyyət təşkil edir. Təşəkkür edirəm.

Salam.

Baxmayaraq ki, bu sual ilə bağlı biz qismən sizin mövqeyinizin tərəfdarıyıq. Lakın İPM-nin ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Lakın bununla bağlı MPM-nin ci maddəsinə diqqət yetirilməlidir. Belə ki, MPM ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Bunun üçün sizin imkanınız olmaması barədə sosial müdafiə fondundan arayış almalısınız.

Sualınıza görə təşəkkür edirik.

  Qasanov () Salam. sulima cavab olaraq yazmisiz ki erizeyle muraciet funduszeue.infole beraber sosial yardim haqda lazim olan senedleri de yollamaliyiq?

Salam.

Bəli. Müraciət edərkən Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına riayət edin.

Sualınıza görə təşəkkür edirik.

  Qasanov () bir de narahat etdiyim ucun uzr funduszeue.info edirem deyin gorum bir yasayis yerinden(kenden sehere)cixib digerine qeydiyyata dusmek ucun hansi senedler ve ne qeder pul lazimdi? dovlet rusumu

Salam.

Bu məsələ ilə əlaqədar dəfələrlə Məsləhətxanada cavab verilib

Yaşayış yeri dəyişilərkən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən vətəndaş aşağıdakı tədbirlər görməlidir və sənədlər müvafiq orqana təqdim etməlidir:

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində \"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

  1. şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
  2. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Dövlət rüsumu haqqında Qanunun cü maddəsinə əsasən:

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:

üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

10 manat

üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə

1 manat

Sualınıza görə təşəkkür edirik.

  Vuqar () Məhkəmə Bələdiyyənin üzərinə fərdi ev tikmək üçün torpaq sahəsi ayırmaq vəzifəsini qoyub. Bələdiyyə sənədləri hazırlayıb rəy almaq üçün Memarlıq idarəsinə göndərib. 2 ildir ki, memarlıq idarəsi rəy vermir. Məhkəmə icraçısı mənə deyir ki, yenidən Memarlıq idarəsin məhkəməyə ver. Bu düzgündürmü? Hüquq müstəvisində bu necə həll olunmalıdır?

Salam.

Məhkəmə aktının icra edilməməsi ilə əlaqədar həm rayon  icra hakimiyyət orqanına, həm məhkəməyə müraciət edə bilərsiniz, həmçinin süründürməçilik və korrupsiya hallarını aradan qaldırılması üçün Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Nigar () Salam. Men öyrənmək istəyirəm ki, əgər işçinin əmək müqaviləsində səhvlər var. Məsələn Məzuniyyət 30 gun əvəzinə 20 yazılmışdır. ci ildə bağlanan əmək müqaviləsidir və bundan əlavə bir neçə səhvlər var. Müqavilələri təzələmək üçün və ya korreksiya etmək bunlardan hansını edim. Onuda sorusmaq istəyirəm ki, möhürdə ci ildən 2 dəfə yenilənib. Əvvəlcədən Təşəkkür edirəm.

Salam.

Əmək Müqaviləsinə dəyişiklikləri Əlavə Razılaşma vasitəsilə edə bilərsiniz.Həmin Razılaşmalar hər iki tərəfin imzası ilə həayata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

  Nigar () Salam sualima cavab verdiyiniz ucun tesekkur edirem. Bir sualimda var zehmet olmasa onada cavab verseniz size cox minnetdar olaram. İscinin is seratine gore nece gun mezuniyyet verilmeldir ve ya ele bir ferman ve ya madde varmi ki, iscinin emek seratine gore elave mezuniyyetleri ordan oyrenmek olar. Evvelceden minnetdaram.

Salam.

Əmək Məcəlləsinin ci maddəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam Hörmətli De Jure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Ölkəyə idxal edilən nəqliyyat vasitələrindən ədv vergisi tutulur (bildiyimə görə təxm. 15%). Bunu nəqliyyat vasitəsinin alındığı dəyərdən tuturlar. Xarici ölkədə nəqliyyat vasitəsi bağışlanma yolu ilə əldə edilirsə və mən onu ölkəyə idxal edərəmsə mənim ədv-dən azad olunmaq şansım varmı? Öncədən Sizə minnətdarlığımı bildirirəm!

Salam.

ƏDV tutulub tutulması ilə bağlı Azərbaycan Respublikası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi qaydaları haqqında Təlimatla tanış olmağınız məqsədə uyğundur. Bağışlama baş verdiyi təqdirdə hədiyyənin kim tərəfindən bağışlanmanı müəyyən etmək lazımdır. Əgər yaxın qohumdursa onda ehtimal var ki, bəzi güzəştlər əldə oluna bilər. Amma çox guman ki, bu məsələni yalnız məhkəmə vasitəsilə həll edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Anar () Salam. Xahish edirem mene \"ofisde daxili intizam qaydalari\" formasinda bir sened numunesi versiniz ki, bunun uzreinde ofisimizde intizam qaydalari tertib edek. Internetde bele bir sened numunesi tapmadim. Teshekkur edirem

Salam.

Müxtəlif növ sənəd nümunələri ödənişli şəkildə firmamız tərəfindən tərtib olunur.

Təşəkkür edirik.

  Ceyhun () Hörmətli Dejure, Mümkünsə sənədlərə dair tərtib edilən “Təlimat” və “Qayda”lar arasındakı hüquqi fərqi izah edərdiz. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əslində bu sözlər tam olaraq hüquqi anlayışlar deyil. Lakın çalışarıq aydınlıq gətirək.

Belə ki, təlimat - adətən sənəddə əks olunan, hansı bir hərəkəti (əməli, işi, vəzifəni və s.) həyata keçirilməsi üçün müəyyən edilmiş bir qayda və ya üsuldur.

Qayda isə hansı bir şərtləri yerinə yetirilməsi üçün bir tələbdir.

Qayda daha geniş anlayışdır.

Sualınıza görə təşəkkür edirik.

  Ceyhun () Hörmətli De Jure, Təşkilat daxili təsdiq edilmiş “Qayda və Təlimat”ın tələblərinin pozulmasına görə tənbeh növlərini və yaxud məsuliyyəti müəyyənləşdirən əsaslar harda (hansı hüquqi sənədlərdə və s.) göstərilməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bunun üçün Əmək Məcəlləsinin 28 və cu fəsilləri ilə tanış olmağınız məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam Hörmətli DeJure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Nəqliyyat vasitəsini özgəninkiləşdirmədən nəqliyyat vasitəsinin qeydiyyat nişnalarını dəyişmək olarmı? Söhbət hərf və rəqəmlərin kombinasiyasını dəyiməkdən gedir. Məsələn: mənim mülkiyyətimdə olan (və yaxud baş etibarnamə ilə idarə etdiyim və sərəncam verdiyim) avtomobili heç kimin adına özgəninkiləşdirmədən onun qeydiyyat nişanını dəyişə bilərəmmi? Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Salam.

Dövlət qeydiyyat nişanı Yol hərəkəti haqqında Qanunun cu maddəsində göstərilən hallarda dəyişdirilə bilər.

I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.

VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.

Sualınıza görə təşəkkür edirik.

  Azad () salam, men herbi xidmetde olmuwam, herbi xidmetde oldugum muddetde saglamligimdan naraziciligim olmuyub herbi muddeti bitirib herbi biletimi aldim ustunden bir muddet kecdikden sonra men is barede senedlerimi FHN gonderdim orda menim herbi biletime baxib dedilerki sen herbi xidmete yararsisz olduguna gore seni isle temin ede bilmerik. Herbi biletin 2-ci sehifesinde bele bir madde yazilib xais edirem o madde barede melumat veresiz. MN il ay. Əmri 2-ci məhdudiyyətlə hərbi xidmətə yararli

Salam.

Təəssüflər olsun ki Müdafiə Nazirliyinin əmrləri ictimayyət üçün açıq deyil.

Lakın buna baxmayaraq əgər sağlamlığınıza şübhəniz yoxdursa məhkəməyə müraciət edib hərbi bilətdə bu yazıları çıxarda bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Adil () Hörmətli De Jure, Mən həmkarlar təşkilatı üzvlüyündən (Профсоюз)könüllü cıxmaq istəyirəm, yəni ora tutulan üzvlük haqqinin dayandırılması şərtilə? bunun üçün nə etməliyəm? Səbəb mənə işlədiyim 18 ildən cox ərzində hec bir xeyri olmayıb! Birdə bilmək istərdim \"Xəstəlik vərəqəsini\" və \"ildə bir dəfə məzuniyyətə cıxma\" üzvlükdən çıxsam məzuniyyət pullarının hesablanmasına və xəstəlik vərəqəsinin pulunun hesablanmasına təsiri ola bilərmi? cavaba görə qabaqcadan təşəkkürümü bildirirəm!

Salam.

Bir çox təşkilatlarda həmkarlar ittifaqı nominal xarakter daşıyır və onun işi effektiv olmur. Bunun üçün işçilər rəhbərliyə müraciət etməli və məsələni aydınlaşdırmalıdır. Əgər həmkarlar ittifaqı öz vəzifələrini yerinə yetirmirsə onda Hİ ləğv edilməli və ya yenidən qurulmalıdır. Hİ-na haqların ödənilməsi xəstəlik vərəqəsinə, məzuniyyətlə bağlı kompensasiyaların hesablanmasına aidiyyəti yoxdur.

Sualınıza görə təşəkkür edirik.

  Ismayil () Salam. Mülki Məcəllənin ci maddəsi zaminə lizinq verən və alan arasında bağlanılmış Daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmağa hüquq verirmi? Təşəkkür edirəm

Salam.

Lizinq ilə bağlı MM-nin ci fəslinə müraciət etməyiniz məqsədəuyğundur. Çünki cü maddə zaminliyə aiddir. 

Sualınıza götə təşəkkür edirik.

  İsmayil () Salam. Böyrəyinin biri əməliyat nəticəsində götürülmüş şəxs əllilik dərəcəsi alırmı? Əgər dərcə verilirsə əmək qabiliyyətli olur, yoxsa əmək qabiliyyətsiz. yəni o əmək müqaviləsi əsasında işləyə bilərmi və bu hansı qaydalarla tənzimlənir. Təşəkkürlər

Salam.

Əlillik və əmək qabiliyyətinin olub-olmaması müvafiq tibbi komissiyası tərəfindən müəyyən edilir. Və həmin komissiyanın rəyi nəticəsində siz müvafiq müavinət ala bilərsiniz və məqsədəuyğun işlə də məşğul ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Sevinc () salam, Men menzilimi -ci ildə almisham onu yaxın qohumlarimdan birine etibarname ile vermişəm o da o mənzili oz oqluna bağışlayır. Forma 1 almağa gedən zaman bildiriblərki cı- ildən ali məhkəmənin həmin mənzilə həpsi var. Mən əvvəlki ev sahibi ilə əlaqə saxladım amma onlarında bundan xəbərləri olmadıqını bildirdilər. Məndə mənzili hec bir yerde girov qoymamışam yeni hec bir esas yoxdu. Ali məhkəməyə müraciət etdik dedilər gəlin ərizə yazin sonra məlumat verək amma mənim məlumatim olmali idi axi. Xahiş edirəm mənə məsləhət verin mənim mənzilimə hansi halda həbs qoyula bilər.

Salam.

Buna müxtəlif səbəblər ola bilər. Ola bilsin həmin daşınmaz əmlakın sahibinin borcu var və ya başqa bir məsələ. Ən yaxşısı məhkəməuə mütaciət edib məhkəmə aktını əldə edəsiniz. Daha sonra aidiyyəti işlər görəsiniz.

\\Sualınıza görə təşəkkür edirik.

  Nigar () Salam dejure. Mən öyrənmək istəyirəm ki işçinin əmək stajına görə məzuniyyət hesablananda onun əmək kitabçasındakı bütün iş stajı nəzərdə tutulmalidir yoxsa axırıncı iş yerindəki əmək staji? Təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin ci maddəsinə əsasən əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! Müəssisədə çalışan əməkdaş işdən azad olunması üçün, müəssisə rəhbərinin \"xahişi\" ilə, ərizə yazmış və elə həmin gün mühasibatlıqda işdən azad olunmaqla əlaqədar onunla maliyyə hesablaşmaları aparmışlar. Belə olan halda, səhərisi gün əməkdaş öz əvvəlki işinə qayıtması məqsədilə, dünən yazdığı ərizədən imtina etmək istəyərsə, qanunla hansı hərəkətləri etməlidir? Təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizəverə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilənmüraciətin hüquqi qüvvəsi yoxdur.

ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğvedilməsinə yol verilmir.

Sualınıza görə təşəkkür edirik.

  Roma () Salam men bilmek isteyirem izahati kim ala biler ve izahat ne vaxt alinir hansi hallarda. Onceden tesekkurumu bildirirem

Salam.

İzahat müxtəlif vəziyyətlərdən asılı olaraq və müxtəlif şəxslər tərəfindən alına bilər. Misal üçün iş yerindən izahat alınması üçün ƏM-nin cü maddəsinə əsaslanmaq olar. Əgər hüquq pozuntusu baş veribsə müvafiq hüquq mühafizə orqanı tərəfindən alınır. İzahat hansı bir şəxsin hansı bir hal üzrə yazılı ifadələrin verilməsidir.

Sualınıza görə təşəkkür edirik.

  Roma () men ozel heyet evim var men orda maqaza aca bilerem mi hansisa dovlet qurumlarina muraciet etmeliyemmi Tesekkur edirem

Salam.

Bəli. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə  vergi orqanlarında qeydiyyatdan keçmək lazımdır.

Sualınıza görə təşəkkür edirik.

  Shahnaz () men ve heyat yoldasim sehid funduszeue.infoga yerimiz olmadigi ucun mecbur qalib ipoteka krediti ile ev goturduk.2 korpe usagimiz var cox cetindir krediti odemek sehid ovladlari kimi dovlet o evi bize bagislaya funduszeue.info meslehet vermeyinizi xahis funduszeue.info sehidin aile uzvlerine temennasiz evler tikilerken biz niye bu ezablari cekmeliyyik axi. demeli 2 sehid ovladi ortaliqda qalmalidi? onda atalarimiz ne ucun canlarini feda edibler? o memurlar ucun ki_rahat otaqlarinda otursunlar yanina da girib bir soz diyende aglin vardi goturmeyeydin kredit _deyir. duz deyirler de aglimiz olmayib sehid vermisik indidi sehid ovladi qalib caresiz muraciet etmediyimiz yer qalmayib mene meslehet verin bir isiq yolu varmi?

Salam.

Əlbəttə ki, biz təəssüflə qeyd etməliyik ki, yaşayış yeri əldə etməkdə bir çox vətəndaşlar çətinlik çəkirlər. Bununla bağlı yerli  icra hakimiyyəti orqanlarına müraciət etməyinniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Ziya () Salam. ci ildən Bakı şəh.Xətai rayonunda yaşayıram. Mənim fərdi yaşayış mənzilimin heçbir sənədi yoxdur.Məcburi köçkün oldugumdan yaşayı yerimdən arayış ala bilmirəm. Mənzilimi elektrik sayğaci ilə təmin etmək üçün məndən yaşayış yerindən arayış istəyirləfunduszeue.infoş edirəm bu mövzu ilə əlaqədar mənə yardım edəsiniz.

Salam.

Bu məsələ ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASININQAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİinə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam! İlk öncə Sizi Bahar bayramları münasibətilə təbrik edir və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Hörmətli hüquqşünaslara sualım isə belə olacaq. ci ildə bələdiyyə tərəfindən mənə 5 sot yaşıllaşdırma məqsədilə torpaq sahəsi müddətsiz satılmış və bu günə qədər istifadəmdədir. İndi həmin sahədən kommersiya məqsədilə istifadə etmək üçün həmin torpaq sahəsini almaq istəyirəm. Bələdiyyədən mənə bildirilir ki, həmin torpaq sahəsi hərraca çıxarılmadan satıla bilməz. Qanuni əsaslarla istifadəmə satılmış torpaq sahəsini özəlləşdirməyim üçün mən hansı qanunvericilik aktını rəhbər tutmalıyam? Qeyd edim ki, Bələdiyyə guya çıxış yolu kimi Məhkəməyə müraciət etməyimi tövsiyə edir. Çox sağ olun.

Salam.

Bəli. Bu halda məhkəməyə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında QanunTorpaq Məcəlləsinə diqqət yetirməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

 

  Natiq () Salamlar. Zerercekmis sexsin iki adamdan sikayeti var. Ibtidai istintaqi aparan mustentiq onlarin birini sahid qisminde protokala qeyd edeceyini deyir ve mehkeme istintaqi zamani hakimin bunu deyismeyeceyini funduszeue.info bir sey qanunvericilikle ve mehkeme praktikasinda mumkunmudur? Tesekkurler.

Salam.

Hansı bir şəxsin şübhəli və ya təqsirləndirən şəxs qismində cəlb olunması üçün sübutlar olmalıdır. Təkcə şikayətiniz kifayət deyil. Əgər əsaslar varsa bununla bağlı səlahiyyətli şəxs müvafiq qərar qəbul edir.

Sualınıza görə təşəkkür edirik.

  Adil () Salam de yure! Biz Sumqayıt Elektrik Şəbəkəsi növbətci heyyət həmişə qanun pozuntularına məhruz qalırıq! belə ki, daxili sərəncamla hər dəfə gələn ay ücün iş qrafiki tutulur təsdiqlənir , iş saatı, amma onun pulu hesablanarkən verilir! Məsələn mart ayı üçün tutulan iş normativi saat təşkil etdiyi halda, bizə iş qrafiki saat tutulub!amma əmək haqqı hesablanarkən onu verməkdən imtina edirlər, sonuncu mart ayının əlavə saatlarının pulunu tələb etdikdə 6 aydan sonra verəcəklərini bildirdilər! əmək məcəlləsində belə bir qanun varmı! Əlavə iş normativindən kənara çıxan iş saatlarının pulunu 6 aydan sonra hesablanıb verilməsi? Yoxsa vergidən yayınmaqdır? Biz kollektiv şəkildə hara şikayət edə bilərik? Əgər qanun pozuntusu varsa!qabaqcadan təşəkkürümüzü bildiririk!

Salam.

Bu kobud qanunvericilik pozuntusudur.

Əmək müfəttişliyinə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () Salam. mene Belediyyelerin statusu haqqinda qanunun axirinci nesri lazimdi yeni en son elave ve deyisiklerle zehmet olmasa komek ederdiz

Salam.

Bələdiyyələrin statusu haqqında Qanun

Təşəkkürlər.

  Gulya () Salam. Milli Məclis haqqında konstitusiya qanunu var? varsa zehmet olmasa onu yerlesdire bilersiniz ? ve ya Milli Məcli haqqında sadecə qanunun varsa onu yerlesdirin zehmet olmasa

Salam.

Bəli var. Azərbaycan Respublikasının Milli Məclisi haqqında Konstitusiya Qanunu.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam zehmet olmasa ecnebilerin ve vetendasligi olmayan sexslerin statusu haqqında qanunu yerlesdirerdiz.

Salam.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanun.

Bu qanun artıq var idi portalda.

  Gulya () salam, İnsan huquqlari ve esas azadliglari haqqinda Avropa konvesiyasinda ci maddede petisiya anlayisi isledilir bu ne demekdir? ve petisiya yolu ile baxisa vermek kimi bir anlayis isledilir onun menasi neder?

Salam.

Petisiya - müvafiq səlahiyyətli orqanlarına təqdim olunan (verilən) individual və ya kollektiv yazılı ərizədir. Və Konvensiyada göstərilən petisiya sözü öz mənasını dəyişmir. 

ci maddəsində petisiya sözünü ərizə ilə dəyişdirsəniz mətnin məna dəyişilməyəcək.

Razılığa gələn Yüksək Tərəflər, bu barədə xüsusi saziş imzalanması halları istisna olmaqla, bu Konvensiyanın müddəalarının şərhi və ya tətbiqi ilə bağlı mübahisələri ərizə ilə baxılmağa verərkən, onlar arasında qüvvədə olan müqavilələrə, konvensiyalara və ya bəyannamələrə müraciət etməyəcəklərinə və mübahisələrin tənzimlənməsinin bu Konvensiyada nəzərdə tutulan vasitələrindən başqa, digər vasitələrdən istifadə etməməyə razılıq verirlər.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, autendik ne demekdir? İnsan huquq haqqinda konvesiyanin 59 cu maddesinde isledilen menada ne ifade edir?

Salam.

Həmin Konvensiyanın cu maddəsində belə bir söz tapmadıq. Mümkündürsə həmin Konvensiyanın bir nüsxəsini bizə göndərin.

Autentik dedikdə \"eyni\", \"əslinə uyğun\" başa düşülür.

Ümumi istifadədə olunan Konvensiyanın cu maddənin mətni:

1. Bu Konvensiya Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. O, ratifikasiya olunmalıdır. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

2. Bu Konvensiya on təsdiqnamə saxlanılmağa verildikdən sonra qüvvəyə minir.

3. Konvensiya onu sonradan ratifikasiya edən dövlətlər üçün onların öz təsdiqnamələrini saxlanılmağa verdikləri tarixdən qüvvəyə minir.

4. Avropa Şurasının Baş katibi Konvensiyasının qüvvəyə minməsi, onu ratifikasiya etmiş Razılığa gələn Yüksək Tərəflərin adları və sonralar alına biləcək təsdiqnamələrin saxlanılmağa verilməsi haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir.

ci il noyabrın 4-də Romada hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır və Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Konvensiyanı imzalamış bütün dövlətlərə göndərəcəkdir.

Sualınıza görə təşəkkür edirik.

  Səxavət () Mənim yaxın qohumum bir nəfərə üç bıçaq xəsarəti yetirib. Xoşbəxtlikdən adam ölməyib. Qohumum həbs olunub və ona əvvəlcə lə cinayət işi açılıb. Sonra isə maddəsi lə əvəzlənib. İşi aparan müstəntiq bunu belə izah edir ki, əvvəlcə iki bıçaq zərbəsi aşkar ediblər. Zərərçəkmiş qohumumun işi ağırlaşmasın deyə üçüncü zərbəni gizlədibmiş. Sonra isə anasının təkidi ilə üçüncü bıçaq zərbəsi barədə də məlumat verib. Nəticədə maddə dəyişdirilib. Bu maddə ilə təqsirləndirilən şəxsi bildiyiniz kimi 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə gözləfunduszeue.infoə sualım bundan ibarətdir. CM-nin cü maddəsində yazılır: Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bax bu nə deməkdir? Bunu mənə xahiş edirəm ətraflı izah edəsiniz. Bu maddədən çıxış edərək qohumumun nə qədər iş alacağını demək mümkündürmü?

Salam.

Əgər müstəntiqin tövsif etmə haqqında qərarı ilə bağlı razı deyilsinizsə bununla bağlı məhkəməyə vəkil vasitəsilə müraciət edə bilərsiniz. Çünki təqsirindən asılı olaraq məsuliyyəti də müəyyən ediləcək. 

Sualınıza görə təşəkkür edirik.

  Rəhman () Salam! Əmək Məcəlləsinin ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vergi müfəttişlərinin əmək müqaviləsi bağlanmamasına görə akt tərtib edərək, sahibkara cərimə sanksiyası tətbiq etmələri qanunidirmi? Əlavə olaraq bildirirəm ki, tərəflər arasında heç bir mübahisə yoxdur. Təşəkkürlər.

Salam.

Tamamilə doğrudur. Əmək Məcəlləsinin ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Lakın eyni zamanda ƏM-nin 3-cü maddəsinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 

Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini,tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

ƏM-nin ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.

İnzibati Xətalar Məcəlləsinin ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

  Rovshan () Salam. Elillik derecesi olan sexs hansi hallarda isden azad oluna biler?

Salam.

Əgər öz əmək funksiyalarını yerinə yetirə bilmirsə (tibbi ekspertizaya əsasən). Digər hallarda əgər işçi əlildirsə və bu əsasla onu işdən çıxarırlarsa ona işəgötürən məsuliyyətə cəlb olunur.

Sualınıza görə təşəkkür edirik.

  Rəhman () Salam! cı sualı cavablandırdığınınz üçün təşəkkür edirəm. Lakin bir məsələ mənim üçün qaranlıq qaldı. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, İnzibati Xətalar Məcəlləsinin ci maddəsində göstərilən \"vəzifəli şəxslər\" və yaxud \"hüquqi şəxslər\" kateqoriyasına aiddirmi? İşlərinizdə uğurlar arzu edirəm.

Salam.

İnzibati Xətalar Məcəlləsinin cı maddəsinin Qeyd hissəsinə nəzər yetirin.

Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

Sualınıza görə təşəkkür edirik.

  Vuqar () Salam.Mən ci ilin aprel ayında ailə qurmuşam.Xətai rayonunda funduszeue.infoşım isə Abçeron rayonunda qeydiyyatdadırci ilin mart ayının də övladımız dünyaya gəfunduszeue.infoünkü gün mən onu MKİS-də uçota aldırmaq istəyirəfunduszeue.infoşım Abşeronda qeydiyyatda olduğu üçün deyirlər uşaq onun üzərinə qeydiyyata düşməfunduszeue.info uşağın babası uşağı öz üzərinə qeydiyyata alınmasına razılıq funduszeue.info üçün mən İcra Nümayəndəlindən razılıq verilməməsi barədə arayış alsam uşağı öz üzərimə qeydiyyata saldıra bilərəm?Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Salam.

Bəli bu mümkündür həyat yoldaşınızın razılığı ilə.

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam hörmətli DeJure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Bildiyimə görə heç də bütün mallar alındıqdan sonra geri qaytarıla bilməz. Geri qaytarılmayan malların siyahısı hansı qanun vericilik aktında öz əksini tapıb? Öncədən Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların

SİYAHISI

1. Qızıl və qızıl məlumatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.

Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ci il 21 may tarixli nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Sualınıza görə təşəkkür edirik.

  Salam. Sualımı daha aydın vermək üçün 2-ci dəfə müraciət edirəm. Mən ci ilin aprel ayında ailə qurmuşam. Xətai rayonunda qeydiyyatdayam. Yoldaşım isə Abşeron rayonunda qeydiyyatdadır. ci ilin mart ayının də övladımız dünyaya gəlib. Bugünkü gün mən onu MKİS-də uçota aldırmaq istəyirəm. Yoldaşım Abşeronda qeydiyyatda olduğu üçün deyirlər uşaq onun üzərinə qeydiyyata düşməlidir. Yoldaşım yazılı razılıq ərizəsi verərsə uşağı öz üzərimə qeydiyyata saldıra bilərəm və həmin razılıq ərizəsini hara təqdim etməliyəm?

Salam.

Ok. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

Yaxşı olar ki, ər-arvad bir yerdə qeydiyyatda olsunlar. Harda qeydiyyata alınacaqsınızsa ora da təqdim etmək lazımdır.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () Salam, AR-nın vətəndaşlığı haqqında qanunun cü maddəsində adı cekilen muvafiq icra hakimiyyeti orqani, hansi orqandir?

Salam.

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 24 iyun ci il tarixli IIIQD №-li Qanuna əsas olaraq və Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının ci il 24 iyun tarixli IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanın ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, Əcnəbilərin və vətəndaşlığı lmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunun 5-ci maddəsinde ci maddəsində bir nece yerde müvafiq icra hakimiyyəti orqaninin adi funduszeue.info orqanlar hansilardi? birde ci maddede müvafiq dovlet orqani hansidir?

Salam.

Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının ci il 24 iyun tarixli IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanın ci bəndinə əsasən:

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun:

5-ci maddəsinin ikinci və beşinci hissələrində, ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

5-ci maddəsinin üçüncü hissəsinin dördüncü və beşinci abzaslarında, dördüncü hissəsinin beşinci abzasında və altıncı hissəsində, ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Sualınıza görə təşəkkür edirik.

  Ramil () Salam De Jure.Bəzi komunal idarələr vətəndaşlara onların ( il əvvəl)köhnə borclarının olduğunu iddia edərək, bildirişdə borcun məbləğini cox gostərirlər və ödəniş eləməyi tələb edirlər.1)Belə olan halda borc mübahisələndikdə vətəndaş MM-in cü maddəsini əsas tutaraq məhkəməyə müraciət edə bilərmi və məhkəmədən ancaq son üç ilin borclarının saxlanılmasını tələb edə bilərmi?2)Bunun üçün məhkəməyə müraciət edərkən dövlət rüsumu nə qədərdir?3)Məhkəmə işə müraciətdən neçə gün sonra baxmalıdır?4)MM-in cü maddəsini əsas tutaraq kommunal idarədən ancaq son 3 ilin borclarını tələb edə bilərsiz iddiasıni irəli sürmək olarmı?

Salam.

Bəli məhkəməyə müraciət edə bilərsiniz. İddia ərizələri 3 ay ərzində baxılır (MPM). Dövlət rüsumu 3 manatdan 20 manatədək. Tələbin həcmindən asılı olaraq (Dövlət rüsumu haqqında Qanun).

Sualınıza görə təşəkkür edirik.

  İlqar () Salam De Jure! Sualım soyadın dəyişdirilməsi ilə bağlıdır, mən evliyəm və nigahdan sonra yoldaşım mənim soyadıma keçib, məlumat üçün bildirirəm ki, qeydiyyatımız ayrı-ayrı rayonlaradır, lakin indi yoldaşım geri nigahdan əvvəlki yəni öz soyadına keçmək istəyir, bununla bağlı müvafiq idarəyə müraciət etdim lakin bir cavab aldım-\"yoldaşınızın qeydiyyatda olduğu rayonun müvafiq idarəsinə müraciət edin!\". İndi mən müraciət etməzdən əvvəl istəyirəm sizdən bu barədə məsləhət alım bunu hüquqi cəhətdən həll etmək mümkündürmü və necə? xahiş edirəm məsləhət verəsiniz, əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Salam.

Bəli, şəxs məsələ ilə bağlı qeydiyyatda olduğu yer üzrə VVAQ-a müraciət etməlidir, imtina cavabı aldığı təqdirdə məsələ məhkəmə qaydasında həll edilir.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! Xüsusi ittiham qaydasında iddia hansı hallarda və hansı məhkəmələrdə qaldırıla bilər? Hakimlərə və deputatlara qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi verilə bilərmi? Təşəkkür edirəm.

Salam.

CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin , , və ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

Bunun üçün öncə prokurorluğa müraciət edirsiniz, daha sonra məhkəmədə baxılacaq.

Konstitusiyanın ci  maddəsinə əsasən səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Məhkəmələr və hakimlər haqqında Qanunun ci maddəsiniə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz.

Hər bir halda əgər əsasınız varsa bununla bağlı prokurorluğa müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Rena () funduszeue.info shexsi mulkiyyetim olan 3 otaqli menzilimde anamla xalam menimle beraber burda funduszeue.info menimle funduszeue.info anamla birlikde yashamaq artiq qeyri funduszeue.info evden qovur. Menzilin satilmaginada razi deyil .Meni bir nece defe zeherlemeye cehd edibler. Mehkemeye muraciet etmek ucun erizeni nece tertib etmek olar. Evvelceden teshekkur edirem.

Salam.

Məhkəməyə müraciət edib daşınmaz əmlakın bölgüsünü və ya bölgüsü mümkün olmadıqda onun hərraca çıxardıb satılmasını tələb edə bilərsiniz.

Məhkəməyə müraciətlərin tərtibi ödənişli xidmətlərə aiddir.

Sualınıza görə təşəkkür edirik.

  Zefer () Salam! Dövlət reyestrində mənzilin sahəsi 15 kv.m. göstərilib. Məlumat üçün bildirim ki,həyət evidir və faktiki olaraq həmin sahədən çoxdur. cü ildən isə ikinci mərtəbə tikilib. Qeydiyyatda olmayan hissələri texniki pasporta necə daxil etmək mümkündür? Qanunvericilik prosedurunu başa salmağınızı xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əlavə tikinti aparılması üçün icra hakimiyyətindən icazə alamaq lazımdır (Mənzil Məcəlləsi), həmin tikintinin layihəsi. Ondan sonra həmin sahə daşınmaz əmlak reyestr xidmətində qeydiyyata alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

  Nermin () Salam. Menim shexsi mulkiyyetim olan 3 otaqli menzilimde anamla xalam menimle burada funduszeue.info menim shexsi menzilimden pay dushurmu? Evvelceden teshekkur edirem.

Salam.

Əgər mülkiyyət hüququnuz müvafiq olaraq tanınıbsa və qeydiyyata alınıbsa onda onların bu mülkiyyətə hüquqları yoxdur. Yalnız vərəsə kimi.

Sualınıza görə təşəkkür edirik.

  Zaur () Salam. Menim sualim bir qohumum baresindedir! Hemin insan menzilindeki qaz saygacina mudaxile edib, azn mebleginde \"qaz\"dan qanunsuz istifade edib. Sonradan bunun ustu acilib. Xaish edirem bu meselenin Huquqi tereflerin i izah edesiz! Yeni bu cinayet ishidirmi? eger eledirse, hansi orqan terefinden istintaqi aparilacaq? sanksiyasi nece ola biler? ve s. onceden teshekkurler!

Salam.

Cinayət Məcəlləsinin ci maddəsinə  (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) əsasən

Təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -

min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə  cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması –

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu Məcəllənin və ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması -

dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

Bu Məcəllənin və ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Sualınıza görə təşəkkür edirik.

  Zaur () sualimi cavablandirdiginiz ucun bir daha tewekkurler. Birde sizden xahishim, Testler bolmesinde CPM ve CM - le bagli testlerin sayini coxaltsaniz dahada yaxshi olardi

Salam.

Ok. Çalışarıq.

  Emin () salam. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilərkən verilməli olan kompensasiyanin miqdari hansi qaydada hesablanir? Əgər mümkündürsə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi nümunəsini saytinizin ərizələr bolməsinə yerləsdirə bilərsinizmi və ya [email protected] unvanina gondere bilersinizmi. əvəlləcədən təsəkkurumu bildirirəm.

Salam.

Bu cür xidmətlər ödənişli qaydada həyata keçirilir.

Kompensasiya məbləği daşınmaz əmlakın bazar qiymətindən asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Mübahisə yarandıqda məhkəmə ekspertizası da keçirilə bilər.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () Salam, mübahisənin arbitraj yolu ilə həll edilməsi deyiləndə nə nəzərdə tutulur?

Salam.

Arbitraj məhkəmələri bir çox ölkələrdə hüquqi şəxslərin arasında olan mübahislərin həlli ilə məşğuldur (bizim ölkədə inzibati-iqtisadi məhkəmələr).

Sualınıza görə təşəkkür edirik.

  Gulya () Salam, ex-offico nə deməkdir? Ex-offico üzv nə mənaya gəlir?

Salam.

ex officio (lat. \"vəzifə üzrə\", \"səlahiyyət üzrə\"). Adətən bu ifadə hansı bir dövlət orqanın məsələlərin həllində səlahiyyətinə və ya vəzifəsinə aid olunmasını göstərir. Misal üçün məhkəmə, gömrük, miqrasiya və ya başqa bir dövlət orqanının birbaşa onlara aid olan səlahiyyətləri var və onlar vəzifələrini öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər. Ex officio olaraq işə baxmaq, həbs qoymaq, icazə vermək ya verməmək və s.

Ex officio üzv dedikdə hansı bir vəzifəli şəxsin müəyyən səlahiyyətlərin olmasını göstərir amma həmin şəxs bu səlahiyyətlərdən həm istifadə edə bilər, həm etməyə də bilər. Bu artıq müəyyən şərtlərdən asılıdır. Misal üçün bir şəxs bir-neçə komitənin üzvü ola bilər amma öz səsindən ex officio olaraq yalnız ümumi yığıncaqda istifadə edə bilər. Yaxud bir şəxs Təhlükəsizlik Şuranın üzvedür həm də nazirdir (XİN və ya MTN)və onun ex officio olaraq həm dövlət təhlükəsizliyinə aid qərarların qəbulunda iştirak etmək həm öz sahəsi qərarları qəbul etmək hüquqları var.

Sualınıza görə təşəkkür edirik.

  Ağayev () funduszeue.infoərbaycan Respublikasının Konstitusiyasının 96 maddəsinin VI bəndinə əsasən Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. Xahiş edirəm bildirərdiz bu qayda hansı qanunla müəyyən edilir ? Əvvəlcədən çox sağolun.

Salam.

Normativ hüquqi aktlar haqqında Qanunun cü maddəsi ilə tanış olmağı məqsədəuyğun hesab edirik.

Sualınıza görə təşəkkür edirik.

  Terane () xahiş edirəm cavablandırasınız yeni işə düzələn işçilərə, soyadını dəyişən işçilərə plastik ödəmə kartlarını mühasibatlıq açmalıdır, yoxsa kadrlar və sosial müdafiə kartlarının qeydiyyatını da həmçinin mühasibatlıq yoxsa kadrlar aparmalıdır. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Müəssisədaxili səlahiyyətlərin bölgüsü rəhbərliyin əmrləri ilə müəyyəb edilir və vəzifə təlimatlarında əks olunur. 

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, ekspropriasiya tedbirleri ve ya ekspropriasiya ne demekdir?

Salam.

Ekspropriasiya (lat. expropriatio — mülkiyyətdən məhrum etmə) — dövlət orqanları tərəfindən əvəzsiz və ya əvəzli şəkildə məcburi həyata keçirilən  mülkiyyətinin özgəninkiləşdirilməsi (zəbt edilməsi). 

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, xarici investisyalarin qorunmasi haqqinda qanunda qeyd olunur ki, xarici investisiyalar, yalniz mustesna hallarda millilesmeye ve rekvizisiyaya meruz qala biler? zehmet olmasa rekvizisiya ve millilesme dedikde ne nezerde tutuldugunu izah edesiz?

Salam.

Mülki Məcəllənin ci maddəsinə əsasən təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya).

Milliləşdirmə - fiziki və ya hüquqi şəxslərə məxsus torpaqların, istehsalat müəssisələrin, bankların, nəqliyyat vasitələrin və ya digər əmlakın dövlət mülkiyyətinə verilməsi. Milliləşdirmə həm əvəzsiz ekspropriasiya yolu ilə, həm tam və ya qismən ödənilməsi yolu ilə həyata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

.

  Natiq () Salamlar faize pul vermek lisenziyasi lmadan cinayet sayilirmi? Tesekkurler.

Salam.

İnzibati Xətalar Məcəlləsinin cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə

- fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir. 

Qeyd: Bu Məcəllənin cu, –3-cü, , cü, ci və ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Sualınıza görə təşəkkür edirik.

  Melahet () Salam! Sizi belə bir sualla narahat edirəm. Biz yaşadığımız ev 5 ildir məhkəmələrdə mübahisədəyik. Həyətdə 2 ev var yaşlı xəstə qaynatamı və qaynanamı baldızım evə görə boşatdırıb. Qaynatam mənim oğluma vəsiyyətmanə verib,qaynanam isə həmin qızına. Mənim oğluma əl daxalı vəsiyyətnaməyə görə bölünüb.Mənim isə o biri yararlı olan evə yaşayış hüququm var. Biri yaşayışa yararlı o birisi isə köhnə əl daxalıdır. Qarşı tərəf 2 dəfə ekspert gətirib lazımı qədər rüşvətlə 65% aşınma olan yararsız evi yararlı hesab etdirib.Hər ekspetr gələndə (on dörd min)manat cəmi evin qiymətini azaldıb. Bilmək istəyirəm ki, biz iddia qaldırıb eksbert tələb etsək dövlət rusumu nə qədərdir? Birdə mənim yaşayış hüququm var, iddia qaldırıb kompenzasiya tələb edə bilərəmmi? Ya oğlum mülkün ona düşən hissəsinin pulunun tam ödənilməsini, ödənilməsə açıq hərraca çıxarılmasını tələb edə bilərmi? Çünki bir yerdə yaşamaq qeyri mümkündüfunduszeue.infoərin pul gözünü elə öttüb ki, heç nəyi nəzərə almayıb.Təşəkkürlər

Salam.

Mübahisə varsa məhkəmə qaydasında həll olmalıdır.

Geniş məsləhət üçün Firmamıza müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Melahet () Salam! Belə bir sualın cavablandırılmasını hüquqşünasımızdan xahiş edirəm. I qrup bir uşağı olan anaya ona baxmağına görə pensiya düşürmü? Pensiya fondunda həmin anaya 55 yaşında çıxacaqsan deyibləfunduszeue.infoın 52 yaşı var. Qanunu düşürmü və neçə yaşında? Təşəkkürlər.

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmanda nəyə görə və hansı məbləğdə miavinətlərin verilməsi haqqında məlumat verilib.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! Dövlət sərhəddindən ölkəyə minik avtomobili keçirərkən gömrük rüsumunun miqdarı hansı qanunla tənzimlənir. Qanunla sərhəddə gömrük rüsumundan başqa digər ödəmələr, misal üçün xidmət haqqı, sənədlərin kserokopiyası və s. ödənilməlidirmi? Yeri gəlmişkən sərhəddə hər hansı sənədin bir surətinin çıxarılması üçün 20 (iyirmi) AZN tələb edilir. Təşəkkür edirəm.

Salam.

Aşağıdakı normativ aktlarla tanış olmalısınız.

Qanunvericilikdə nəzərdə tutulmayan ödənişlər ödənilməməlidir. Hər ödənişə görə qəbz almalısınız.

Sualınıza görə təşəkkür edirik.

  Aynur () Salam, ortlıqda belə bir vəziyyət var xahiş edirəm həll yolunu göstərinRusiya vətəndaşı (qadın) üç azyaşlı övladı ilə bir ildən artıq müddətdir bizim Respublkanın ərazisində sənədsiz qalıb. Rusiya Konsulluquna vasitəsi ilə özünün və uşaqlarının sənədləri bərpa olundu. İndi bu vətəndaş öz övladları ilə vətəninə qayıtmaq istəyir. Onu sərhəddə nə kimi prosedular gözləyir. Ərazimizdə qanusuz yaşadığına görə nə kimi sanksiyalar tətbiq oluna bilər?

Salam.

İnzibati Xətalar Məcəlləsinin maddələrinə diqqət yetirin xahiş edirik.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam. fovqelade veziyyet haqqinda qanunun 1-ci ve 2-ci maddesinde \"muvafiq icra hakimiyyeti orqanlari\" deyidikde hansi orqanlar nezerde tutulur?

Salam.

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Fərmanın ci bəndinə əsasən \"Fövqəladə vəziyyət haqqında\" Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci, ci maddələrində, cu maddəsinin adında və mətnində, cü və ci maddələrində nəzərdə tutulmuş \"müvafiq icra hakimiyyəti orqanları\"nın səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Sualınıza görə təşəkkür edirik.

  Saida () Salam. Muessisedaxili hemkarlar teshkilatinin fealiyyetine ne daxildir ve muxtelif istirahet ve saglamliqla bagli gonderishleri vermelidirmi, hansi shertlerle? Teshekkur edirem.

Salam.

Bu məsələlər artıq Həmkarlar İttifaqının səlahiyyətindədir. Həmkarlar ittifaqları haqqında Qanun ilə tanış olmağınız məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam! Təəccüblü olsa da, belə bir vəziyyət yaşanır. Bir qadın başqa şəxslə rəsmi nikahda olmasına baxmayaraq, görüşdüyü digər bir kişidən (həmin kişinin də başqa bir qadınla rəsmi nikahı var) əlavə iki uşaq dünyaya gətirmişdir. Məhkəmə hər iki tərəfin rəsmi nikahlarının olmasına baxmayaraq, mülki nikahda olan kişiyə öz razılığı ilə aliment kəsmişdir. Hazırda hər iki tərəf öz rəsmi nikahda olduqları şəxslərlə yaşamağa davam edirlər. Bu kimi qətnamələri qanuni və əsaslı hesab etmək olarmı?

Salam.

Məhkəmə işə mahiyyəti üzrə baxarkən mövcud qanunvericliyi və faktiki halları nəzərə alır.

İnsanlar arasında olan münasibətlər daim dəyişilir və çox vaxt mənəviyyat baxımından təəccüblü və qeyri-adi olur. Amma bu o demək deyil ki, qanun bu münasibətləri tənzimləməməlidir. 

Sualınıza görə təşəkkür edirik.

  Emin () Qeyd edim ki,ci ilin aprel ayinda NİZAMİ rayon enerji satisi şöbəsinin əməkdaşı (blokda) mənzildən kənarda quraşdırılmış elektrik sayğacında guya dövlət möhürünün qırılaraq kənar müdaxilə olmasından şübhələndiyi üçün mənim iştirakım olmadan sayğacı çıxardaraq yeni sayğac qoymuşdur. Şübhələndiyi sayğacı laborotoriyaya aparılması haqqındada protokol tərtib etmişdir. Eyni zamanda mənə zəng vuraraq şifahi olaraq bildirilmişdir ki, labarotoriyanın cavabından asılı olaraq mənə guya sayğaca müdaxilə etdiyim üçün cərimə yazılacağını bildirmişdir.Ümumiyyətlə mən sayğacın dəmir qəfəsdə harda olduğunun heç yerini bilmirəm.\"Elektrik enerjisindən istifadə Qaydaları\" -nın ci bəndinə eyni zamanda Energi İdarəsi ila vətəndaş arasında bağlanılmış bir tipli müqavilənin bəndinə istinadən əsasən mənzildən kənar quraşdırılmış sayğaca nəzarət etmək iqtidarında olmadığımdan elektrik energi satışı şöbəsi tərəfindən mənə hər hansı cərimənin tətbiq ediləcəyi nə dərəcədə qanuna müvafiqdir?

Salam.

İnzibati xəta haqqında qərarı aldıqdan sonra həmin qərardan şikayət verə bilərsiniz. Sübutlar olduğu haqlda həmin qərarı məhkəmə qaydasında ləğv edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Valeh () funduszeue.info Beledir: Eger bir shirket her hansi bir fealiyyet novu ile meshgul olursa ve EDV-ye 18% ile celb olunursa daha sonra yeni bir shirket yaradib sadeleshdirilmish vergi odeyicisi kimi qeydiyyatdan kecirse(ƏDV 4%) ve bu iki shirket arasinda muqavile baglayib fealiyyetini ona oturmeyi ve 4%ile EDV-ye celb olunamagi umumiyyetle qanunudirmi? veya bunu nece Legallashdirmaq lazimdir ki bu qanunvericiliye zidd olmasin ve vergiden yayinma kimi hesab olunmasin?? Evvelceden Minnetdarligimi bildirirem.

Salam.

Hüquqi şəxslərin arasında müqavilə bağlanmasa da olar, əgər zərurət yoxdursa. Lakın əməkdaşlıq müqaviləsi də bağlanıla bilər. Bu məsələdə heç bir vergidən yayınma görmürük. Çünki qanunvericiliyə zidd deyil.

Sualınıza görə təşəkkür edirik.

  Elşən () Salam hörmətli DeJure! Aşağıdakı sualımı cavablandırmağınızı Sizdən xahiş edirəm. Şamaxı rayonu YPX əməkdaşının tərtib etdiyi protokolun ləğvi barədə iddianı mən yaşayış yerim üzrə Xətai rayonu məhkəməsində qaldıra bilərəmmi? İddia inzibati-iqtisad yoxsa ümumi məhkəməyə verilməlidir? Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Rayon (şəhər) məhkəməsinə müraciət etməlisiniz, çünki inzibati xəta işidir. İnzibati Xətalar Məcəlləsini əsas tutmalısınız. Həmin Məcəllənin ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Qanunvericiliyin hanı maddəsinə əsasən vətəndaş (sürücü) yaşayış yerin dəyişdikdə bu haqda müvafiq olaraq ərazi üzrə DYP-yə məlumat verməlidir ki,gələcəkdə hər hansı qayda pozuntusu olarsa DYP sürücünü məlumatlandıra bilsin ?

Salam.

Yol hərəkəti haqqında Qanunun cı maddəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

1) onun etibarlıq müddətinin qurtarması;

2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;

4) onun yararsız hala düşməsi;

5) onun itirilməsi;

6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Sürücünün yalnız qanunvericilikdə göstərilən öhdəlikləri var.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Xahiş ederdim sualimi cavablandirardiz. Öncədən təşəkkür edirəm. DYP video müşahidə kamerası vasitəsi ilə qeydə alinmiş qayda pozuntusu barədə məlumat bildirişi sürücünün ünvanına göndərdikdə,xidməti işi ilə əlaqədar sürücü qeydiyyatda olduğu ünvanda deyil, digər rayonda yaşadıqda qayda pozuntusu barədə bildiriş sürücüyə çatmır. Bu zaman DYP tərəfindən sürücü qayda pozuntuusu haqda məlumatlandırılmamış qalir. Yuxarida qeyd etdiyim halda DYP sürücünün avtomobilinə məcburi dayanma tətbiq edərək avtomobili məcburu dayanacağına qoya bilərmi? Hərbir halda sürücü qayda pozuntu haqda bildiriş almamış və bu barədə məlumatsız olmuşdur? Xahiş edirəm qanunvericiliyə istinadən mənə məsləhət verəsiniz.

Salam.

Dövlət orqanı qaydanı pozmuş sürücünü xəbərdar etməlidir və onda (dövlət orqanında) olan məlumatları əsas tutur. Əgər pozuntu baş veribsə dövlət orqanı qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər. Əgər dövlət orqanının qərarını qanunsuz hesab edirsinizsə bununla bağlı məhkəməyə müraciət etmək hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Mənə komunal xidmət üzrə tətbiq olunmuş əsassız cərimənin ləğv olunması üçün məhkəməyə müraciət etmişəm və məhkəmə mənim xeyrimə qərar qəbul etmiş cəriməni ləğv etməsinə dair qərar qəbul etmişdir. Əsassız olaraq mənə cərimə yazıldığından məhkəməyə müraciət zamanı müəyyən vaxt itkisinə, məhkəmə iddiası və müəyyən sənədlərin natariat qaydada təsdiqi üçün ümumilikdə 70 AZN məbləğində vəsait xərcləmişəm. Əsaslandırılmamış cərimənin ləğvinə xərclədiyim vəsaitin və vaxt itkisi əvəzinə mənə dəymiş ziyana görə məhkəməyə müraciət edərəm həmin komunal xidmətdən mənə dəymiş ziyanın ödənilməsi üçün iddia qaldıra bilərəmmi ?

Salam.

Bəli bu cür iddianı qaldırmağa haqlısınız (Mülki Məcəllə - ci maddə). 

Sualınıza görə təşəkkür edirik.

  Natiq () Salamlar. Bir adamin oz bacisina aid masini avtodayacaqdan icazesiz goturmeyi, bacisinin ondan sikayeti yoxdursa onun haqqinda cinayet isi acilmasini mumkun edirmi? Avtodayancaq gozetcisinin sikayetine esasen. Tesekkurler.

Salam.

Həmin şəxsin bacısının icazə ilə bağlı yazılı ərizəsi olmalıdır. Cinayət işinin açılaması ilə əlaqədar mülkiyyətçinin ərizəsi olmalıdır. Gözətçi müraciət etsə də belə bu işdə əsas mülkiyyətçinin mövqeidir. Cinayət tərkibi burda yoxdur, cünki obyektiv cəhəb mövcüud deyil.

Sualınıza görə təşəkkür edirik.

  Natiq () Salam. Mene aid avtomobilin acari ve texpasportu bsga adamdadirsa ve bunu vermirse hansi organa muraciet etmeliyem?

Salam.

Bununla bağlı məhkəməyə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

  Saida () Salam. Zehmet olmasa bir meseleni aydinlashdirmaga komek ederdiz. 22 il once 10 sot torpaq sahesi alinib, kupcasi var, hal-hazirda belediyye terefinden olculub melum olub ki, 12 sot imish. Amma bu torpaq sahesini ne genishlendirilib, elave alinib ve s. Guman edilir ki, alinan zaman ele 12 sot olub, sehven 10 qeyd edilib. Indi belediyye 1 sot ucun cox yuksek qiymet teleb edir, pul odenmese 2 sot belediyyenin hesabina kecirilecekmish, bu ne derecede realdir ve qanunauygun, xahish edirem qanuna istinad edib etrafli cavablandirasiz. Onceden cox teshekkur edirem.

Salam.

Satılan torpaq sahənin ölçüləri dəqiq göstərilməlidir hər bir halda. Bu mübahisəli hal olduğu üçün məhkəmə qaydasında həll olunmasını məqsədəuyğun hesab edirik.

Sualınıza görə təşəkkür edirik.

  Seymur () salam magazadan alinan mali geri qaytarmaq mumkundur? eger mumkundurse ve magaza alinan mali geri goturmurse men kime muraciet etmeliyem? teshekkur.

Salam.

Əgər istehlakçı kimi hüquqlarınız pozulubsa İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun müddəlarına istinad etməlisiniz. Və pozuntu barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam. zehmet olmasa belediyye erazileri ve torpaqlari haqqinda qanunu yerlesdirediz,

Salam.

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun.

  Emin () Huquqi yardimi belə yüksək təşkil etdiyiniz ucun tesekkur edirəm. Mart ayinda enerji idarəsi tərəfindən mənə (guya sayğaca müdaxilə olunub) cərimə yazilmişdir. Mən həmin vaxt ezamiyyatda olduqumdan ailə ilə üzvülərim fasiləsiz ebnerji ilə təmin olunmaqlari üçün mənim xəbərim olmadan cəriməni ödəmişlər. Hazirda Baki şəhərindəyəm bu baximdanda həmin cəriməni ləğv edərək ödənilmiş məbləğin (cərimə kimi ödənilmiş vəsaiti) mənə qaytarilmasi ilə bağlı məhkəməədə iddia qaldira bilərəmmmi? Bu gec olmazki çün ki, cərimə ödənilmişdir? Qeyd edim ki,kifayət qədər sübutlar və hüquqi baxımdan qanunlara istinadən cərimənin əsassız olduğuna əminəm.

Salam.

Bəli. Əgər sizə maddi və mənəvi zərər vurulubsa məhkəmə qaydasında iddia qaldırıb zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Agayev () Mən hansı kitabxanadan kitab götürürəmsə əvəzində girov mənim şəxsiyyət vəsiqəmi isdiyillər , bildiyimiz kimi İXM nin maddəsinə əsasən 85 manatdan 90 manatadək cərimə nəzərdə tutulur, əziz hüquqşunaslar sizə bir sadə sualım var, bu maddənin bu kitabxanalara aidiyyatı yoxdur ? ))

Salam.

Qeyd etdiyiniz məsələyə İXM-in ci maddəsini tətbiq etmək olmaz. Həmin müddəa şəxsiyyət vəsiqəsini təqdim edən orqanlara aiddir (pasport-qeydiyyat orqanları və s.). Ş/V girov kimi götürülməsi isə birbaşa qanunvericiliklə tənzimlənmir. Lakın öz manafelərin qorunması məqsədilə bəzi təşkilatlar bu üsullardan istifadə edirlər və şəxsin razılığı ilə həyata keçirilir. Əgər sizin razılığınız olmasa  Ş/V-ni girov kimi saxlaya bilməz.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Hansisa firmanin,bankin inzibati binasina qabula getdikda vatandasdan muhafizacisi tarafindan vatandasdan saxsiyyat vasiqasi götürülərək vətəndaş inzibati binada olduğu vaxt ərzində mühafizəçidə saxlanilir. Vətəndaş şəxsiyyəti tasdiq edən sənədi verməzsə binaya buraxilmir. Bu na daracada doqrudur?

Salam.

Bu cür addımlar qeyri-qanuni hesab etmək olmaz. Çünki həmin dövlət orqanı müvafiq qeydiyyat aparmalıdır və təhlükəsizlik qaydalarına riayət etməlidir. Eyni zamanda sənədinizi təqdim etməkdən imtina edirsinizsə həmin təşkilata daxil olmasından da imtina edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Ceyhun () Salam, mən ci ilin iyun ayının 1-də anadan olmuşam, lakin qeyri-müəyyən səbəblərdən mənim doğum haqqında şəhadətnaməm valideynlərimin səhlənkarlığı nəticəsində 8 il sonra ci ildə yaşadığım Qazax rayon VVAQ-da yazdırılıb. Məndən 2 yaş kiçik qardaşımın da doğum haqqında şəhadətnaməsi ci ildə eyni vaxtda götürülüb və hər ikimizə anadan olduğumuz gün və ay eyni, yəni 1 iyun yazılıb ki, bu da mən də şübhə yaradır. İstəyirəm doğum günümü dəqiq bilim. Rayon VVAQ-a müraciət etsəm də dəqiqləşdirmənin mümkünsüz olduğunu bildirdilər. Sizdən çox xahiş edirəm deyəsiniz ad günümü dəqiqləşdirmək mümkündürmü? və nə etməliyəm qanunvericiliklə? Qabaqcadan təşəkkürümü bildirirəm

Salam.

Bu məlumatı siz arxiv idarəsindən ala bilərsiniz. Əgər doğum günü ilə bağlı sənədlərinizdə dəyişiklik etmək istəyirsinizsə bu məsələni məhkəmə vasitəsilə həll edə bilərsiniz (müvafiq sənədlərə əsaslanaraq).

Sualınıza görə təşəkkür edirik.

  Ceyhun () Salam. Xarici pasportum yoxdu və almaq istəyirəm. Hansı sənədlər məndən tələb olunacaq və mən hara müraciət etməliyəm? Qabaqcadan təşəkkürlər

Salam.

Yaşadığınız yerdən asılı, olaraq. Daxili İşlər nazirliyinin regional idarələrinə müraciət edə bilərsiniz.

1. Ərizə-anket (ərizə-anket forması)

2. Şəxsiyyət vəsiqəsi (ksero-surəti ilə birlikdə)

3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz

5 gün iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə- AZN

1 ay müüdətinə verildikdə isə - 40 AZN

4. 2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil

5. Hərbi bilet və ya vəsiqənin surəti əsili ilə birlikdə

Qeyd: 18 yaşına çatmamış uşaqların fotoşəkillərinin ümumivətəndaş pasportuna əlavə edilməsi üçün vətəndaşlar 2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil, doğum haqqında şəhadətnamənin, 16 yaşından yuxarı şəxsiyyət vəsiqəsinin surəti il birlikdə təqdim etməlidirlər. Yaxın və ya digər qohumun uşağının şəklini pasporta qeyd etmək üçün uşağının hər iki valideyinin notarius qaydasında təsdiq olunmuş razılıq ərizəsi BPQMİ rəhbərliyinin adına təqdim edilməlidir.

Sənədlər həftənin I, II, III, IV, və V günləri saat 0900- dan 1700- dək, VI gün isə saat 0900- dan 1300- dək qəbul olunur.

Hazırlanmış pasportlar həftənin II, IV və VI günləri saat 0900- dan 1300- dək sahiblərinə təqdim olunur.

Sualınıza görə təşəkkür edirik.

  Narmina () Salam. Magistraturaya qebul olan oglanlara herbi cagirishdan mohlet vaxti verilirmi????ve ikinci sualim- milli meclis ailenin tek evladi olanlari herbi cagirishdan azad olmasi qerarini tesdiq edibmi?? evvelceden minnetdarligimi bildirirem..

Salam.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun cu maddəsinə əsasən:

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;

3 və daha çox uşaq;

I qrup əlil arvad;

8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

Qeyd: Bu Qanunun ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun ci maddəsinə əsasən:

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;

xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd: Bu Qanunun cü və ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.

Ailənin bir övladı olduqda belə, hərbi xidmətə çağırışdan azad edilməsinə səbəb olmur.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, dövlət statistika idarəsinə hər rüb üçün bəyannamə verməyə borcludurmu? Bunu hansı qanun sahibkardan tələb edir? Təşəkkür edirəm.

Salam.

Bir pəncərə sistemi tətbiq edildikdən sonra bu cür vəzifəniz artıq yoxdur.

Mübahisə yarandıqda məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Camal () salam. Məhkəmədə cavabdeh hakimə etiraz edə bilərmi ?

Salam.

Bəli. Edə bilər. Mülki Prosessual Məcəllə - maddə

Sualınıza görə təşəkkür edirik.

  Camal () salam. hansı hallarda hakimdən ali məhkəmənin hüquq şurasına şikayət etmək olar.?

Salam.

Məhkəmə-Hüquq Şurası Ali Məhkəmənin tərkibində deyil. Ayrıca bir qurumdur. Ətraflı məlumat burda ala bilərsiniz (http:]]]funduszeue.info)

Onun İNTİZAM İCRAATI PROSEDURU ilə tanış ola bilərsiniz (http:]]]funduszeue.info)

Sualınıza görə təşəkkür edirik.

  Emin () Salam. Yeni yuksak martabali binada yaşayıfunduszeue.info çox hallarda mənzilin istismarı üçün nəzərdə tutulan (zibil yığımı,lify və s.) komunal xidməti odamadikda MTK tarafindan qanunsuz olaraq mənzilimin elektrik energisi blokdan kəfunduszeue.info tərəfindən mənzilimin elektrik təchizatının dayandırılması qanunsuz hesab edirəm və bunun yalnız qanuvericilikla Energi təchizati xidmətinə aid olduğunu düşünürəm. Xahiş edirəm qanunvericiliyə istinadən MTK tarafindan mənzilimin elektrik təchizatının əsassız dayandırılmasını mənə şərh edəsiniz.

Salam.

Bu hal kobud hüquq pozuntusudur. Məsləhət görürük ki, yerli icra hakimiyyət orqanlarına, prokurorluğa və məhkəməyə müraciət edəsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam, Biz müqavilə ilə ilkin ödənish aldiq. geride qalan pulu ish bitdikden sonra almali idik lakim hemin shirket pulu odemekden boyun qacirir, onlara borclari haqqinda xeberdarliq gondermishik yazili formada onlarda borclu olduqlari pulu qeyd edibler ve mesul shexs imzalayib , odeme olunmayib biz onlardan mehkeme yolu ilə pulumuzu ala bilerikmi?

Salam.

Təbii ki, əgər tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmir məhkəmə qaydasında borcun qaytarımasını və zərərin əvəzin ödənilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Camal () Salam. özümə aid olan sualı cavablandırılmış suallar içərisində tez axtarıb tapmaq mümkün deyil. əgər mümkünsə elə axtarış proqramı hazırlayın ki, hər hansı bir sözü tez tapmaq olsun,World proqramı kimi. onda sizin işiniz də yüngülləşəcək. SİZİN axtarış qrafanızdan lazım olan sözü tapmaq olmur. çox sağ olun.

Salam.

İradlarınıza görə təşəkkür edirik.

Lakın bütün qeyd etdiyinizləri həyata keçirmək üçün peşakar İT-mütəxəssislər və küllü miqdarda vəsait tələb olunur. Bu layihə sadəcə bizim entuziazmın nəticəsində fəaliyyət göstərir. Və nə dövlət tərəfindən, nə də ki başqa təşkilatlar (xarici və ya yerli) tərəfindən dəstəklənmir. 

Əgər bizi kimi həvəskarları tanıyırsınızsa (kimlər pulsuz əhaliyə xidmət göstərmək istəyir) onlar barədə bizə xəbər verin.

Bizi də bir çox nöqsanlar narahat edir.

  Emin vasitəsilə verilən sual () Salam. Bir neçə ildir ki, ASC-də mülki hüquqi (xidmət) müqaviləsi ilə xadimə işləyirəm. Lakin xidmət müqaviləsi ilə işlədiyim üçün işlədiyim müddət əmək kitabçama yazılmır. Bilmək istərdim ki, xidmət müqaviləsi ilə işləyən şəxslərin işlədiyi peşə üzrə stajı əmək kitabçasında qeyd olunmaqla əmək stajı sayıla bilərmi, bu mumkundurmu? Qanunlara istinadən cavab verməyinizi xahiş edirəm.

Salam.

Xidmət müqaviləsi mülki-hüquq müqaviləsidir və Əmək Məcəlləsi ilə yox Mülki Məcəllə ilə tənzimlənir. Ona görə də staj və digər məsələlər bu münasibətlərə tətbiq olunmur.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Salam. Enerji idarəsi tərəfindən mənə əsassız olaraq borc yazılmışdıfunduszeue.infoılmış borcla razılaşmadığım ucun məhkəməyə müraciət etmişəfunduszeue.info idarəsi məhkəmənin nəticəsi başa çatanadək yazılmış borcun odanilmasini talab etmək məqsədi ilə mənim elektrik enerjimi kəsə bilərmi? Qanunlara uyğun olaraq xahiş edirəm mənə bildirərdiz məhkəmənin icraatında olan mübahisə zamani yazilmiş borcun odanilmasi muvaqqati dayandıırılırmı?

Salam.

Xeyr. Əgər məhkəmənin qüvvəyə minmiş müvafiq aktı yoxdursa digər tərəf heç bir məcburi tədbir görə bilməz. Öz hüquqlarınızı təmin etmək məqsədilə bununla bağlı məhkəmədə vəsatət qaldıra bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

  Emin () Həmişə suallarımızaı cavablandıraraq bizi məlumatlandırdığınız üçün təşəkkür edirəm. İşiq İdarəsi mən yazdiqi 70 AZN cəriməni ailə üzvum odayib. Lakin hamin carimanin asassız olaraq yazildiqini sonradan bilmişəm. Ödanilmiş asassız carimanin hansi qanuna istinadan geri qaytarilmasi ila bagli məhkəməyə müraciət edə bilərəmmmi? odanişdan 10 gun kecib Gec olmazki?

Salam.

Mülki Məcəlləyə əsaslanıb zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərsiniz. Lakın bundan əvvəl cərimə ilə bağlı dövlət orqanın qərarını ləğv etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Elektrik enerji İdarəsi tərəfindən mənə yazılmış 70 AZN cərimənin və qanunsuz tartib olunmuş aktin ləğv olunmasi ilə bağlı hansı məhkəməyə yaşadığım Rayon Ərazi Məhkəməsinə yoxsa Bakı İqtisad məhkəməsinə müraciət etməliyəm ? və buza man 70 AZN carimanin lağvi iddiasi ərizəsi üçün nə qədər dövlət rüsumu ödayacam?

Salam.

Dövlət orqanın yerləşdiyi yerdən asılı olaraq inzibati-iqtisad məhkəməsinə müraciət etməlisiniz (1 və ya 2 saylı).

Dövlət rüsumu haqqında Qanunun ­­­ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaşlar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Sualınıza görə təşəkkür edirik.

  Rehman () Salam! Vergi müfəttişi kommersiya mağazasında ona aldığı mal üçün çek verilmədiyini iddia edərək akt tərtib etmişdir. Satıcı isə əksini bildirir və nəzarət lentində satıcının mövqeyi öz təsdiqini tapmışdır. Hazırda vergi müfəttişinin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Lakin maraqlıdır, uzun illər heç bir qanun pozuntusuna yol verməyən vergi ödəyicisinə ilk dəfə xəbərdarlıq edilmədən, dərhal cərimə sanksiyası tətbiq edilməsi nə qədər qanunidir. Məhkəmə tərtib olunmuş aktı etibarlı hesab edərsə, cəriməni kim ödəməlidir, fərdi sahibkar, yoxsa müqavilə əsasında işləyən satıcı? Təşəkkür edirəm.

Salam.

Cəriməni təbii ki, sahibkar ödəməlidir. Lakın əgər pozuntuya yol verilməsi məsul şəxsin ucbatından baş veribsə  reqres qaydada ondan həmin məbləği ala bilərsiniz.

Eyni zamanda məhkəmədə  bütün tələb olunan sübutlarınızı təqdim etməlisiniz. Əgər pozuntu baş verməyibsə sizi məsuliyyətə cəlb edə bilməzlər.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, AR-nin hava mecellesi quvveden dusub, Hal-hazirda onunla tezimlenen munasibetler, hava dasimalari hansi normativ senedle tenzimlenir? ve zehmet olmasa bele sened varsa onu yerlesdirerdiz

Salam.

Hal-hazırda bu münasibətləri Aviasiya haqqında Qanunu tənzimələyir.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () Salam, Avropa insan huquqlari konvensiyasinda \"maraqli olan raziliga gelen teref\" anlayisi isledilir, bu ne demekdir?

Salam.

Adətən maraqlı olan Razılığa gələn Yüksək Tərəf Konvensiyaya qoşulmuş üzv ölkə başa düşülür. 

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam,Avropa insan huquqlari Konvensiyasinin ci maddesinde qeydiyyatci ifadesi isledilib,burda qeydiyyatci dedikde kim nezerde tutulur?

Salam.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında KONVENSİYAnın ci maddəsi:

Maddə Dəftərxana və referentlər

Məhkəmənin, vəzifələri və təşkili Məhkəmə Reqlamenti ilə müəyyənləşdirilən dəftərxanası vardır. Referentlər Məhkəməyə xidmət edirlər.

Qeydiyyatçı ifadəsinin həmin Konvensiyada istifadə edilməyib (Əgər belə bir versiyanız varsa bizə göndərin bizdə tanış olaq).

Sualınıza görə təşəkkür edirik.

  Gulya () Salam, Avropa insan huqulari konvensiyasinin ci maddesinde erazi tetbiqi meselesi funduszeue.infoyetle konvensiyanin erazi tetbiqi ile ona qosulmagin ne ferqi var?

Salam.

Həmin maddədə bu barədə ətraflı məlumat verilib:

Hər hansı dövlət imzalama, yaxud ratifikasiya zamanı və ya sonra istənilən vaxt Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə bu maddənin 4-cü bəndi nəzərə alınmaqla, beynəlxalq əlaqələrinə görə həmin dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə, yaxud onlardan hər hansı birinə şamil ediləcəyini bəyan edə bilər.

Sualınıza görə təşəkkür edirik.

  Gulya () salam, \"emiqrant\" adlanan anlayis var?varsa ne demekdir?

Salam.

Emiqrant - öz ölkəsindən digər ölkəyə köçən şəxs.

Sualınıza görə təşəkkür edirik.

  Terane () mövsümi işlə əlaqədar 6 ay müddətinə əmək müqaviləsi ilə ocaqçı işə qəbul edərkən 6 aydan sonra onun əmək müqaviləsinə xitam veriləndə istifadə etmədiyi(6 ay üçün) əmək məzuniyyəti günləri hesablanırmı

Salam.

Əmək Məcəlləsinin ci maddəsinə əsasən mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

Sualınıza görə təşəkkür edirik.

  Emin () 70 AZN cəriməni ailə üzvum odayib. Lakin hamin carimanin asassız olaraq yazildiqini sonradan bilmişəm va cərimanin tayin olunmasi haqda manda hər hansı akt yoxdur. Ödanilmiş asassız carimani Mulki Macallanin hansi bəndinə istinadən geri qaytarilmasi ila bagli məhkəməyə müraciət edə bilərəmmmi?

Salam.

Birdə nəzərinizə çatdırırıq ki, cərimə əsassız sayılması üçün sübutlar olmalıdır və məhkəmə qaydasında həll olunmalıdır. Aktı (və ya qərarı həmin orqanda əldə edə bilərsiniz), əgər verməkdən imtina etsələr məhkəmə qaydasında ala bilərsiniz. Sübut edilsə ki, cərimə əsassızdır yalnız ondan sonra zərərin əvəzin ödənilməsi ilə bağlı yenidən məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam De Jure, bizim balansda olan yuk mashini yol neqliyyat hadise neticesinde minik avtomobilini vurub, vurulmush minik avtomobilinin temirini sigorta shirketi qarshilayib, subroqasiya huququna gore sigorta temire verdiyi pulu bizden isteyir (shirketden)Sual mumkundurmu ki,sigorta teleb etdiyi pulu shirket yox surucu odesin, Bize shamil olunan maddeler MM 21, , ,

Salam.

Sığorta şirkəti məbləği sizdən tələb etməkdə haqlıdır. Sizdə öz növbənizdə reqres qaydada həmin məbləği işçidən tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

  Emin () Salam. Mənə yazılmış cərimənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmişəm lakin, məhkəmə işə baxan müddət ərzində işıq idarəsi işığımı kəsdiyi üçün fasiləsiz enerji ilə təmin olunmağım məqsədi ilə mənə yazılmış cəriməni ödadam. Hazırda cəriməni ödəsəmdə aktın ləğv olunması və cərimənin ləğvi ucun iddiam məhkəmədədir. Həmin iddia üzrə odadiyim cəriməni geri qaytarmaq ucun mahkamay yenidan iddia ərizəsi yazmalıyam yoxsa 1-ci iddia üzrə vəsatət verib mahkama prosesi zamani odaditim carimani geri talab edə bilərəmmi,

Salam.

Həmin icraatda da bu tələbi irəli sürə bilərsiniz, çünki cərimə məbləğin geri qaytarılması birbaşa aktın ləğvi ilə bağlıdır. Lakın dəymiş maddi və mənəvi zərərin əvəzin ödənilməsi sonrakı mərhələlərə aiddir.

Sualınıza görə təşəkkür edirik.

  Salam () funduszeue.infobili sigorta etdirerken motorun hecmi( k.m)tesaduf neticesinde chox gosterilib manat evezine 75 manat funduszeue.info duzeltmek olarmi?Olarsa nece?Evvelceden teshekkurler.

Salam.

Bununla bağlı söğorta edən şirkətə ərizə ilə müraciət etməlisiniz və artıq məblğin qaytarılması tələb olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam De Jure , Men size sual vermishdim (sual N ) reqres almaq ucun MM aid etmek olar?

Salam.

Sizə daha uyğun Mülki Məcəllənin cı maddəsidir (subroqasiya). Reqres və subroqasiya oxşar anlayışlardır, sadəcə hüquqi tərif  baxımından bir az fərqlənirlər.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam. İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi proseduru torpaq qanunvericiliyində necə təsbit olunmuşdur. Təşəkkürlər.

Salam.

Azərbaycan Respublikasının cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Prezidentin Fərmanına və Torpaq Məcəlləsinin cü maddəsinə əsasən Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.

Sualınıza görə təşəkkür edirik.

  Kamran () Salam! ci suala cavab verdiyiniz üçün təşəkkür edirəm. İndi Sizdən xahiş edirəm münasibət bildirəsiniz. Kommersiya mağazasının bir hissəsi şəxsi mülkiyyətdə olan həyət evinin torpaq sahəsinə düşür. reyestr xidməti mağazaya mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edir, o səbəbə görə ki, burada guya torpağın təyinatı dəyişmişdir. Halbuki, Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında Qanunun cü maddəsi bunun əksini deyir. Xidmətdən qeyri rəsmi bildirilir ki, kommersiya obyektlərinə mülkiyyət hüquqlarından çıxarışların verilməsi konkret olaraq rüşvətlə həll edilir. Hətta bu barədə məhkəmənin qətnaməsi də icra edilmir. İndi kimə müraciət etmək lazımdır? Təşəkkür edirəm.

Salam.

Məsələ ilə bağlı Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyasına müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

  Rauf () Sərəncam vermək üçün etibarnamə sahiblik hüququ yaradır ya yox?

Salam.

Mülki Məcəllənin ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam De Jure Məhkəmədə iclasında gedərkən şəxsiyyət vəsiqəsini götürmək lazımdır, əgər nümayəndə gedərkən səlahiyyətini təsdiq edən sənəd dedikdə nə başa düşüm hansı sənəd tələb olunur ?

Salam.

Səlahiyyətinizi təsdiq edən sənəd etibarnamədir (notariat qaydada təsdiq olunmuş; əgər hüquqi şəxs verirsə onda həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmalıdır).

Sualınıza görə təşəkkür edirik.

  Rauf () Menim sualim IXM-nin bu maddesi uzredi. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat miqdarında cərimə edilir Eger texpasporta adi olan (yeni sahibi/mulkuyetchisi) yaninda oturubsa onda etibarname lazim deyil bu aydindi. Menim sualim eger gendoverennosti (serencam hugugu) olan shexs mashindadirsa (ozu surmur,yaninda oturur) bashqa shexse surmeye etibarnamesiz vere biler ya yox. Yani mu maddede \"sahiblik hugugu olan shexs\" deyende kimler basha dushulur?. Cavabiniza gore minnetdaram.

Salam.

Bəzi hüquq anlayışları daha yaxşı dərk etmək üçün aşağıdakı müddəalara diqqət yetirin:

Mülki Məcəllənin ci maddəsinə əsasən Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin sərəncam hüququ mülkiyyət hüququn tərkib hissəsidir (Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur).

Qeyd etdiyiniz sahiblik hüququ isə Mülki Məcəllənin ci maddəsində əks olunub. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Əgər şəxsin etibar etmə hüququ varsa o digər şəxsə də əmlakı etibar edə bilər. Nəqliyyat vasitəsində bir yerdə (idarə etmə hüququ olan və etibarnaməsi olan şəxslər) olarkən etibarnamə olmadan da şəxsə etibar edilə bilər.  

Sualınıza görə təşəkkür edirik.

  Orxan () Salam De Jure, men yol neqliyyat hadisesi neticesinde mashin vurmusham, sigortaya gec melumat verdiyimdem mene sigorta haqqimi vermirem . Deyir vaxtinda xeber elememisen bize biz de vermirik(3 gunden cox kecmiwdi), zererceken teref meni mehkemeye verib pulu menden teleb edirler , Sualim beledir

nest...

çamaşır makinesi ses çıkarması topuz modelleri kapalı huawei hoparlör cızırtı hususi otomobil fiat doblo kurbağalıdere parkı ecele sitem melih gokcek jelibon 9 sınıf 2 dönem 2 yazılı almanca 150 rakı fiyatı 2020 parkour 2d en iyi uçlu kalem markası hangisi doğduğun gün ayın görüntüsü hey ram vasundhara das istanbul anadolu 20 icra dairesi iletişim silifke anamur otobüs grinin 50 tonu türkçe altyazılı bir peri masalı 6. bölüm izle sarayönü imsakiye hamile birinin ruyada bebek emzirdigini gormek eşkiya dünyaya hükümdar olmaz 29 bölüm atv emirgan sahili bordo bereli vs sat akbulut inşaat pendik satılık daire atlas park avm mağazalar bursa erenler hava durumu galleria avm kuaför bandırma edirne arası kaç km prof dr ali akyüz kimdir venom zehirli öfke türkçe dublaj izle 2018 indir a101 cafex kahve beyazlatıcı rize 3 asliye hukuk mahkemesi münazara hakkında bilgi 120 milyon doz diyanet mahrem açıklaması honda cr v modifiye aksesuarları ören örtur evleri iyi akşamlar elle abiye ayakkabı ekmek paparası nasıl yapılır tekirdağ çerkezköy 3 zırhlı tugay dört elle sarılmak anlamı sarayhan çiftehan otel bolu ocakbaşı iletişim kumaş ne ile yapışır başak kar maydonoz destesiyem mp3 indir eklips 3 in 1 fırça seti prof cüneyt özek istanbul kütahya yol güzergahı aski memnu soundtrack selçuk psikoloji taban puanları senfonilerle ilahiler adana mut otobüs gülben ergen hürrem rüyada sakız görmek diyanet pupui petek dinçöz mat ruj tenvin harfleri istanbul kocaeli haritası kolay starbucks kurabiyesi 10 sınıf polinom test pdf arçelik tezgah üstü su arıtma cihazı fiyatları şafi mezhebi cuma namazı nasıl kılınır ruhsal bozukluk için dua pvc iç kapı fiyatları işcep kartsız para çekme vga scart çevirici duyarsızlık sözleri samsung whatsapp konuşarak yazma palio şanzıman arızası